ABŞ vətəndaşlarını Çinə səfərlərini təxirə salmağı tövsiyə edib
Dünya xəbərləri

ABŞ vətəndaşlarını Çinə səfərlərini təxirə salmağı tövsiyə edib

ABŞ vətəndaşları qeyri-qanuni həbs riski olduğu üçün Çinə səfərlərini yenidən nəzərdən keçirməlidirlər.

Bu barədə ABŞ Dövlət Departamenti yenilənmiş səyahət tövsiyəsində xəbərdarlıq edib.

"Çin ABŞ vətəndaşlarının ölkə hökuməti tərəfindən qeyri-qanuni şəkildə saxlanılması riski altındadır", - Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ-Çin münasibətləri cari ilin fevralında ABŞ-ın öz ərazisi üzərində Çin şarını vurmasından sonra pisləşdi. İki ölkə arasında münasibətlərin daha da soyuması ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə ABŞ-da keçirilən görüşdən sonra baş verib.

Vaşinqton hesab edir ki, ABŞ Dövlət katibi Entoni Blinkenin iyun ayında Pekinə səfəri nəticəsində tərəflər ikitərəfli münasibətlərdə müəyyən irəliləyiş əldə edə biliblər.