ABŞ-ın xüsusi nümayəndəsi iqlim müzakirələri üçün Çinə gedib
Dünya xəbərləri

ABŞ-ın xüsusi nümayəndəsi iqlim müzakirələri üçün Çinə gedib

ABŞ-ın xüsusi nümayəndəsi Con Kerri iqlim müzakirələrinə yenidən başlamaq üçün Çinə gedib.

"Respublika" "CNA" saytına istinadən xəbər verir ki, Con Kerri həmkarı Xie Zhenhua ilə görüşəcək. 

Qeyd edək ki, görüş zamanı qlobal istiliklə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Nəzrin ELDARQIZI,

"Respublika".