ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında razılığı alqışlayıb
Siyasət

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında razılığı alqışlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan arasında saxlanılanların dəyişdirilməsi ilə bağlı razılığı alqışlayır.

"Respublika" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin mövzulu ilə bağlı bəyanatında bildirilib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusunun azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək naminə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – deyə bəyanatda qeyd olunub.