Heydər Əliyev və məhkəmə-hüquq sistemində islahatlar
Siyasət

Heydər Əliyev və məhkəmə-hüquq sistemində islahatlar

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xalqımız dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ulu öndərin adı ilə bağlıdır.

1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan vətəndaş hüquq azadlıqlarının etibarlı təminatının əsası qoyuldu.

Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Hüquqi dövlət - dövlətin təşkilinin fəaliyyətinin elə bir formasıdır ki, burada insan vətəndaş hüquqları azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Belə dövlət quruculuğunun əsas cəhətləri bunlardır: hakimiyyətin bölünməsi prinsipi; ictimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi; insanların vətəndaşların hüquq azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi; dövlətin konstitusiya qanunlar çərçivəsində fəaliyyət göstərməsi; beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin normalarının üstünlüyü; dövlət tərəfindən insan vətəndaş hüquqlarının azadlıqlarının tanınması, onlara əməl olunması müdafiə edilməsi; dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması; məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti; qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın ictimai təhlükəsizliyin təmini; siyasi ideoloji plüralizm.

Ulu öndər hüquqi islahatları sistemli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasına da güclü təkan verdi. Onun əsas əlaməti 21 fevral 1996- ildə xüsusi sərəncamla Hüquqi İslahat Komissiyasının yaradılmasından ibarət oldu. Komissiya peşəkar səviyyədə müasir qanunların digər hüquqi aktların hazırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı.

Demokratik, hüquqi dövlət quruculuğunun, insan hüquq azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində "Məhkəmələr hakimlər haqqında" qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır.

Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmə hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.

Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu yeri ilə bağlı əsas ideyalar respublikanın Konstitusiyasına bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilib. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas Qanunda hakimlərin sərbəstliyi müstəqilliyinin vacib təminatı, onların dəyişməzliyi prinsipləri reallaşıb.

Xüsusilə qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi adekvatlığını, tərbiyəvi əhəmiyyətini daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır.

Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Bu yeniliklər məhkəmə sistemində ciddi dəyişikliklər etdi mexanizmlərin daha səmərəli işləməsinə imkan yaratdı. Məsələn, 1995-2003- illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmışdır ki, bu da 3104 məhkumun azadlığa çıxmasına imkan yaratmışdır. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003- illərdə amnistiya haqqında 8 qanun qəbul etmişdir. Nəticədə həmin müddətdə 20 mindən çox məhkum azadlığa bu-raxılmışdır. Azərbaycan müxtəlif beynəlxalq konvensiya sazişlərə qoşulmuş, qanunvericilik, icra məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilmişdir.

Məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı İlham Əliyev bu fikri belə ifadə etmişdir ki, "bu islahatların əvvəli var, amma sonu yoxdur". Məhz bu kontekstdə Prezident İlham Əliyevin 2019-cu il aprelin 3- imzaladığı fərmanı tarixi adlandırmaq olar. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid etmişdir. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt, ümumilikdə, elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirmişdir.

Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidməti nəticəsində yaradılmış müstəqil qüdrətli Azərbaycanın bütün sferalarının olduğu kimi, hüquq sisteminin bəhrəsini görəcək ulu öndərin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Mahir ƏSƏDLİ,

Şəki Apellyasiya Məhkəməsinin hakimi.