ABŞ İsrailə 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur
Dünya xəbərləri

ABŞ İsrailə 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

ABŞ-da Nümayəndələr Palatası ilə Senat arasında İsrail və Ukraynaya dəstək mövzusunda müzakirələr davam edir. 

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, bu dəfə Nümayəndələr Palatası tərəfindən yeni qanun layihəsi təklif edilib. Sözügedən qanun layihəsində Ukraynaya 61 milyard, İsrailə isə 26 milyard dollarlıq dəstək paketi nəzərdə tutulur. 

Bu məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə “Dəmir Günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.

Jalə QASIMZADƏ, 
“Respublika”.