Ukrayna və Latviya pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq
Dünya xəbərləri

Ukrayna və Latviya pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq

Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.

Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər.

“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.