ABŞ-Azərbaycan münasibətlərinə erməni lobbisinin təsir gücü azalır
Siyasət

ABŞ-Azərbaycan münasibətlərinə erməni lobbisinin təsir gücü azalır

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsiplərindən biri qlobal güclərlə olan münasibətlərin tənzimlənməsinə yönəlib. Qərb Şərqin aparıcı dövlətləri ilə qurulan dialoqlarda da əsas prioritet digər ölkələrlə münasibətləri zədələməməkdir. Müstəqillik dövlətçilik mənafelərini qorumaq üçün Azərbaycan diplomatiyası təkcə regional səviyyədə deyil, beynəlxalq platformada da fəal şəkildə ikitərəfli çoxtərəfli əlaqələr qurur. Bu baxımdan ölkəmiz həm Avrasiya, Afrika, həm Amerika materiklərində yerləşən bir çox dövlətlərlə strateji tərəfdaş kimi çox isti münasibətlərə malikdir. Öz daxili, xarici geosiyasi xarakteristikasına görə dünyanın ən əhəmiyyətli geostrateji ərazilərindən biri Şimali Amerikadır. Azərbaycanın Şimali Amerika ölkələri ilə diplomatik əlaqələri 1991-ci ildən, yəni müstəqilliyimizi bərpa etdikdən sonra qurulub. Bu qitədə yerləşən dünyanın süpergücü olan ABŞ ilə əlaqələr digərlərinə nisbətən daha dərin köklərə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda vitse-konsul Randolfun rəhbərliyi ilə ABŞ nümayəndəliyi fəaliyyət göstərmişdir.

XX əsrin 90- illərin başlanğıcında SSRİ-nin dağılmasından sonra ABŞ postsovet ölkələri ilə iqtisadi siyasi sahədə münasibətlərin qurulmasında aktiv rol almağa başladı. Bunun əsas səbəblərindən biri "başsız" qalmış regionlarda nüfuzunu artırmaq, Cənubi Qafqazı, Baltik dənizi sahillərini, Şərqi Avropa eləcə Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxartmaq idi. ABŞ-ın xüsusi önəm verdiyi regionlardan biri Cənubi Qafqaz regionu olub. Bölgənin Şərq ilə Qərb arasında dəhliz rolunu oynaması, həmçinin sərvətlərinin zənginliyi daha çox diqqəti cəlb etmişdir. Lakin Ev rəsmilərinin region ölkələri ilə apardıqları dialoqlarda bir sıra təzadlı məqamlara, ikili standartlara rast gəlmək olur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu ölkənin Senatında fəaliyyət göstərən erməni lobbisinin rəsmiləri Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsinə başqa yanaşma sərgiləməsidir. 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən postsovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edilsə , erməni lobbi təşkilatlarının dəstəyi ilə "Azadlığı Müdafiə Aktı" qanununa xüsusi "907 nömrəli bölmə" adında əlavə qəbul etdirmişlər. 907-ci düzəlişə əsasən ABŞ Konqresi-Azərbaycan hökumətinə dövlət yardımını qadağan edir. Səbəb kimi isə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğal" edilməsi Ermənistanı blokada şəraitində saxlaması göstərilir. Bu işdə ermənipərəst senator Con Kerri konqressmen Ueyn Ouensin böyük "əməyi" olmuşdur. Uzun müddət Azərbaycan rəsmiləri bu düzəlişin ləğvi üçün rəsmi Vaşinqton ilə görüşlər keçirsə , hələ bu qərar formal olaraq qüvvədə saxlanılır. Ümummilli lider Heydər Əliyev 1997-ci ildə ABŞ- a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907-ci əlavənin ləğvinin zəruriliyini iki ölkə arasındakı münasibətləri zədələdiyini prezident Klinton ABŞ Konqresinin üzvlərilə görüşlərdə onların diqqətinə çatdırmışdır. Lakin sonrakı illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı bu məsələni demək olar ki, unutdurmuşdur. Digər maraqlı məqam isə odur ki, Vaşinqton hökuməti dövlətimizə qarşı manipulyasiya edilmiş bu qərarı qəbul etsə , digər tərəfdən iqtisadi sahədə hər zaman ölkəmizin yanında olmuş, hətta yetərincə dəstəkləmişdir. İki ölkə arasında 1994- ilə qədər bir sıra müqavilələr imzalansa da, geniş ölçüdə iqtisadi tərəfdaşlıq "Əsrin müqaviləsi"ndən sonra başlayıb. Dünyanın ən iri neft şirkətləri ilə bağlanan müqavilələr nəticəsində "Azəri-Günəşli-Çıraq" yataqlarından hasil olunan neftin dünya bazarlarına çıxarılmasına nəqlinə bir sıra ölkələr mane olsa da ABŞ "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin çəkilməsini dəstəkləmişdir. Dövlət başçısı İlham Əliyev mayın 3- Şuşada keçirilən beynəlxalq tədbirdə bu məsələyə münasibət bildirib: "Birləşmiş Ştatlar enerji təchizatı marşrutlarının şaxələndirilməsində Avropa Komissiyasının, qeyd etdiyim kimi, bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəkləyib. Həmin illəri yaxşı xatırlayıram, çünki 1990- illərdə mən SOCAR-da işləyirdim Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin dərəcədə vacib olduğunu çox yaxşı bilirəm". BTC layihəsinin icrası zamanı da ermənipərəst qüvvələr boş dayanmamış, təbliğat maşınını işə salmışdılar. Bu da təbii hal idi, çünki onlar belə bir meqalayihənin reallaşmasına imkan vermək istəmirdilər. Lakin onların çirkin niyyətləri baş tutmadı artıq 20 ildir BTC dünya bazarına Azərbaycan neftini ixrac edir.

ABŞ-ın Azərbaycana digər dəstəyi Cənub Qaz Dəhlizi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin gedişində qərbin enerji bazarında yaranan böhranına alternativ çarə kimi Aİ-nin Bakını tərəfdaş seçməsindən sonra TANAP və TAP boru kəmərlərinin aktivliyi artırılmışdır. BTC kimi TAP boru kəmərinin çəkilişi zamanıda yenə "şər qüvvələr" fəaliyyətə başlamış uzun müddət bu layihənin də reallaşmaması üçün qarayaxma kampaniyası aparmışdır. Bu səfər onların narahatlıq mənbəyi İtaliyada və Aralıq dənizi regionundakı zeytun ağaclarının "taleyi" olmuşdur: "Birləşmiş Ştatların ovaxtkı Prezidenti Donald Tramp İtaliyanın Baş naziri ilə mətbuat konfransında açıq dedi ki, siz layihəni dəstəkləməlisiniz. Bu, dönüş nöqtəsi oldu və zeytun ağaclarının yerdəyişməsi ilə bağlı bütün narahatlıqlar dərhal aradan qalxdı və bizə yaşıl işıq yandırıldı…", - deyən Prezident İlham Əliyev Birləşmiş Ştatların dünyada önəmini və enerji sahəsində Azərbaycanı dəstəklədiyini diqqətə çatdırmışdır. İki ölkə arasındakı digər əməkdaşlıq sahəsi sülhməramlı qüvvələrlə Əfqanıstanda, İraqda və Kosovoda birgə xidmətləri olub. Dəfələrlə Senatın Xarici Əlaqələr Komitəsinin sədri və senatorlar bəyan etmişdi ki, ABŞ-Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri var.

Bakı ilə Vaşinqton hər nə qədər münasibətləri tənzimləməyə çalışsa da Senatdakı erməni lobbisi buna mənfi təsir göstərməyə çalışır. ABŞ Senatının 2021-ci ildən Xarici Əlaqələr və Nümayəndələr Palatasının Xarici İşlər Komitələrinin üzərində təsirinin artması R.Menendezə "xüsusi" imkanlar verir ki, Azərbaycanla münasibətlərə soyuqluq gətirsin. Digər tərəfdən Adam Şifin "Dağlıq Qarabağı" tanımaq üçün "qətnamə" çıxarmağa çalışması da onların açıq-aşkar anti-Azərbaycan siyasəti aparmasından xəbər verir. Prezident İlham Əliyevin təbirilə desək Menendez, Şif və ya Şerman kimi adamların olması ABŞ-ın Azərbaycana olan marağını azaltmayacaq. Çünki son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmiş və yeni dünya nizamının formalaşmasında əsas aparıcı qüvvəyə çevrilmişdir. Hazırda Azərbaycan dünyada sülhsevər, beynəlxalq hüquqa hörmət edən, reallaşması mümkün olmayan layihələrin reallaşdırılmasında zəngin və dərin təcrübəsi olan bir ölkə kimi tanınır.

Musa BAĞIRLI,

"Respublika".