5 min mənzil və fərdi ev müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildi 
Sosial həyat

5 min mənzil və fərdi ev müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. 

“Respublika” xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. 

Belə ki, həmin şəxslərə 5000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 800 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib). 

Qeyd edək ki, şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min şəxsə 46 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 

Bundan başqa, müharibə ilə əlaqədar əlilliyi olan 1941 şəxs 39713 reabilitasiya vasitəsi, o cümlədən 432 şəxs 451 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.