2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Namizəd Heydər oğlu Səfərovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                        Məzahir Pənahov

Katib                                        Arifə Muxtarova

Katib                                        Mikayıl Rəhimov