İdman

"Bavariya"nın hücumçusu "Qızıl buts" mükafatını qazanıb

"Bavariya" klubunun hücumçusu Harri Keyn 2023/2024 mövsümündə Avropa ölkələrinin liqalarının bombardiri kimi "Qızıl buts" mükafatının sahibi olub.

"Respublika" xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu Almaniya çempionatında mövsümü 36 qolla başa vurub.

Avropada onun ən yaxın izləyicisi “Ştutqart” klubunun forvardı Seru Girassidir (28 qol). Üçüncü yerdə isə PSJ-nin hücumçusu Kilian Mbappe (27 qol) qərarlaşıb.

Qeyd edək ki, 30 yaşlı ingiltərəli forvard geridə qalan mövsümdə Münhen klubunun heyətində ümumilikdə 45 matçda meydana çıxıb. Bu oyunlarda o, 44 qola, 12 məhsuldar ötürməyə imza atıb.