Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
İdman

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də eyni məkanda Albaniya yığması ilə də beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.