Qazaxın kəndlərinin geri qaytarılması tarixi hadisədir
Siyasət

Qazaxın kəndlərinin geri qaytarılması tarixi hadisədir

Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə keçməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bununla da biz növbəti qələbəmizi təmin etdik. Artıq Ermənistan anlayır ki, Azərbaycanla hərb dilində danışmaq olmaz, mübahisəli məsələlər  sülh yolu ilə həll olunmalıdır. Vaxtilə bir qarış torpağımızı belə geri qaytarmağa razı olmayan Ermənistanın, indi 4 kəndimizi sülh yolu ilə qaytarması çox mühüm hadisədir.

Mayın 24-dən etibarən Azərbaycan sərhədçiləri bu bölgəyə nəzarət edirlər. Bu proses həm də münasibətlərin normallaşmasına xidmət edəcək. Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərinin aparılmasında müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Bu da qarşılıqlı əlaqələrin inkişafında çox önəmli amildir.

Hesab edirəm ki, tarixi dövr davam edir. İşğaldan azad olunan ərazilərimiz kimi 4 kənd də bərpa olunacaq, keçmiş məcburi köçkünlərimiz ən qısa zamanda doğma yurdlarına qayıdacaqlar.

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin deputatı.