Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları
Digər xəbərlər

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Aprelin 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçiriləcək.

"Respublika" xəbər verir ki, Dövlət komitəsindənverilən məlumata görə, görüşlər qadınların şəxsi inkişafına təkan vermək və gənc qadınların müxtəlif sahələr üzrə işə başlaması üçün lazım olan məsləhətləri və motivasiyanı ötürmək, fərqli sahələrdə bacarıqların və maraqların, iş dünyasında liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə regionlarda uğur qazanmış qadınlar ilə birlikdə TedX formatında təşkil ediləcək.

Şəmkir rayonunda Bakı Oksford məktəbi və Gəncə şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlərdə bütün regionlardan olan müxtəlif yaş kateqoriyasına aid 150-200 nəfərin iştirakı nəzərdə tutulur. Hər regionda 2 nəfər müxtəlif mövzularda çıxışlar edərək onlara ünvanlanan sualları cavablandıracaq.