Mauro İkardi
İdman

Mauro İkardi "Bavariya" matçında oynaya bilər

Superliqanın 9-cu həftəsində əzəli rəqibi "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edən "Qalatasaray"da bədbəxt hadisə yaşanıb.

Çempionlar Liqasında "Bavariya" ilə qarşılaşacaq sarı-qırmızılıların ulduz hücumçusu Mauro İkardi matçdan sonra stadionu axsayaraq tərk edib.

"Respublika" Türkiyə mediasına istinadən xəbər verir ki, alman komandasına qarşı ən əhəmiyyətli oyunçulardan biri olan futbolçunun matçda iynə ilə oynaması ehtimalı dəyərləndirilib.

Son yoxlamalardan sonra mümkün olarsa, Mauro İkardi "Bavariya" matçında injeksiya müalicəsi ilə meydanda olacaq.

Nurcan SÜLEYMANOVA

"Respublika"