Frenki de Yonq Avropa çempionatını buraxa bilər
İdman

Frenki de Yonq Avropa çempionatını buraxa bilər

İspaniyanın "Barselona" klubunun və Niderland millisinin futbolçusu Frenki de Yonq Avropa çempionatını buraxa bilər.

"Respublika" xarici mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin La Liqanın XXXII turunda "Real Madrid"lə oyunda (2:3) topuğundan zədə alması səbəb olub.

Mövsümü erkən başa vuran De Yonqun məşqlərə nə vaxt qayıdacağı və qitə birinciliyində iştirakı hələlik sual altındadır.