Braziliya klubunun baş məşqçisi oyunun fasiləsində istefa verib
İdman

Braziliya klubunun baş məşqçisi oyunun fasiləsində istefa verib

Braziliyanın dördüncü divizionunda çıxış edən "Brazilyense" futbol komandasının baş məşqçisi Roberto Santos "Real"la matçın fasiləsində istefa verib.

"Respublika" "Correiro Braziliense" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis klub prezidentinin tənqidindən narazı qalıb.

Kollektivi ikinci yarıya həkim Xorxe Oliva çıxarıb.

Qeyd edək ki, qarşılaşma "Brazilyense"nin qələbəsi ilə bitib - 2:1. Komanda üç turdan sonra 6 xalla çempionatda liderdir.