Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib
Region

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi (DİM) əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar olaraq, DİM tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

DİM-dən "Respublika"ya bildirilib ki, Bərdə, Ağcabədi, Ağdam, Tərtər rayonlarında keçirilən üçgünlük təlimlər “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularını əhatə edib.