Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək
Sosial həyat

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək. 

Bu barədə "Respublika"ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətində paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.