Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Müasir, yoxsa klassik musiqi?

Bəzi insanlar müasir musiqinin çox sadə və bayağı olduğunu düşünür. Ona görə də XX əsrin ikinci yarısına aid olan mahnılara qulaq asmağa üstünlük verirlər. Amerikalı elm adamları bu mövzuda araşdırmalar apararaq son 50 ildə bəstələnmiş ingilis mahnılarını nəzərdən keçiriblər. Məlum olub ki, klassik musiqi müasir musiqidən qat-qat zövqlüdür.

Elmi araşdırma çərçivəsində alimlər ingilis dilində olan 350 min mahnını təhlil ediblər. Onların arasında ən çox diqqət çəkənlər isə 1970-2020-ci illər arasında bəstələnmiş mahnılar olub. Qeyd edək ki, alimlər "pop", "rock", "rap" və "country" kimi musiqi janrlarını araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, son 50 ildə bəstələnən populyar mahnıları başa düşmək daha asandır. Xüsusən də lirikada məna, söz ehtiyatı və qafiyələr çox azdır. Müasir musiqilər isə söz yığınından ibarətdir və  ifadələr dəfələrlə təkrarlanır. Bəzən bu mahnılar eyni misralardan və ya xordan ibarət olur. Araşdırmanın nəticələrinə görə, son əlli ildə mahnıların əhvali-ruhiyyəsi də dəyişib. Yəni əvvəlki mahnılar sevincdən kədərə qədər müxtəlif duyğuları ifadə edirdisə, bu gün daha çox qəzəb və kinlə doludur. Bir çox musiqilərdə "mən", "mənim" kimi ifadələrdən istifadə olunur.

Ən qədim insanlar onlar imiş

İsveçrəli aimlər DNT-ni deşifrə edərək, planetin ən qədim insanlarını müəyyənləşdiriblər. İndiyə qədər  qədim insanların Afrikadan gəldiyi güman ediliirdi, lakin elm adamları araşdırma apararaq insanların təkamül ağacında ilk olaraq hansının olduğunu dəqiqləşdiriblər.

İsveçin Uppsala Universitetinin alimləri tədqiqatı iki mərhələdə aparıblar. Birincidə onlar yerli afrikalılardan bir neçə min DNT nümunəsi toplayıblar. Onların arasından ən "təmiz" olanlarını seçiblər. Məlum olub ki, Afrikada təkamül ağacının əsasında buşmenlər durur. "Meşə insanları", "Meşə adamı" mənasını verən bu xalqın dili Xoisan dilidir.

Buşmenlərin heç vaxt  yazılı dilləri olmayıb. Onlar tərəfindən əfsanələr, nağıllar və mahnılar şifahi şəkildə ötürülüb. Buşmenlərin inanclarına gəlincə, burada əsas rolu şəfaçı-şamanlar oynayır. Onlar inanırlar ki, xəstəliklər əcdadların ruhlarından qaynaqlanır. "Yer üzünün ilk insanları" statusunu almalarına  baxmayaraq, buşmenlərin bu faktla fəxr etdiyini söyləmək olmaz. Çünki onlar ümumiyyətlə söhbətin nədən getdiyini bilmir.

Sən demə, ölənə yaxın...

Los-Angeles hospitalının mütəxəssisləri və axirətə dair bir çox araşdırmalar aparan tədqiqatçı Mak Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşıblar. Onların fikrincə, demək olar, bütün insanlar ölməzdən təxminən bir ay əvvəl təsəlliverici yuxular görürlər.

Mak Fadden deyir ki, "rahatlıq" gətirən görüntülər adətən ölümdən təxminən bir ay əvvəl baş verir. Alimin sözlərinə görə, insanların çoxu həyatlarının son mərhələsində  dünyasını dəyişən yaxınlarını görməyə başlayır.

"Bu hal qeyri-adi deyil. Bu təcrübəni yaşayan insanların çoxu tam şüurlu olaraq qalır və halüsinasiyalardan əziyyət çəkmir", - deyə alim  izah edib. Onun sözlərinə görə, ölmək üzrə olan insan yuxularında öz qohumlarını, yaxın dostlarını və hətta son anlarında onlara təsəlli vermək, yaxud dəstək olmaq üçün gələn ev heyvanlarını da görür. M.Fadden həmçinin qeyd edib ki, halüsinasiyalar və ya xəyalların nəticəsi olmayan bu görüntülər ölənə yaxın insanlara rahatlıq gətirir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".