Şəhidlər unudulmur
Region

Şəhidlər unudulmur

Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisi şəhid Pəncəli Teymurovun məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub. Sonra ziyarətçilər şəhidin ev muzeyində olub və onun ailə üzvləri ilə görüşüb. Görüşdə şəhid Pəncəli Teymurovun aprel döyüşlərində göstərdiyi şücaətdən danışılıb, onun ömür yolunun gənclərə örnək olduğu xüsusi vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi razılığını bildiriblər.

Zəfər ORUCOĞLU.