Forpostluğun yeni mərhələsi
Siyasət

Forpostluğun yeni mərhələsi

Okeanın o tayından edilən zəng Cənubi Qafqazda və qlobal geosiyasi dəyişikliklərin fonunda Azərbaycanın qəbul etmədiyi istənilən prosesin iflasa uğrayacağı reallığını bir daha ortaya qoydu.

Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı məlumatlar dəqiqləşən kimi, sağdan-soldan yayındırıcı bəyanatlarla sözçüləri və söz daşıyanları üzərindən qafalarına görə, diqqətimizi yaxın və uzaq hədəflərindən yayındırmağa çalışırlar. Guya Ermənistanın ticarət tərəfdaşlarının diversifikasiyası və daha nələr üzərindən müzakirələr aparacaqlarmış...

Bu "diversifikasiya" nə deməkdirsə, son zamanlar Ermənistanın və himayəçilərinin dilindən düşmür. Gah xarici siyasətlərini, gah təhlükəsizliklərini, gah silah və hərbi texnikalarını, gah da iqtisadiyyatlarını... diversifikasiya edəcəklərini deyirlər.

Dövlətlər də insanlar kimidir, qürurlusu, qürursuzu var. Haylar vaxtilə Azərbaycandan qoparılan torpaqlar üzərində özgələrin lütfü ilə "qurulan" dövlətlərini belə çoxdan diversifikasiya ediblər, olmayan ləyaqətlərini də Anait məbədindən götürdükləri nəsnələrlə birlikdə piştaxta üzərinə çıxarıblar. Proses millətlər və dinlər arası təfriqəçiliyin klassik daşıyıcısı olan bu rəzil tayfanın, pavlikian pozucularının Romadan qovulduqları zamandan bu günə kimi davam edir...

...Kəsəsi, dünyanın ən qədim təfriqəçilərindən Cənubi Qafqaza sızmaq üçün təkrar istifadə etməyə çalışanlar, "Ermənistan" adlanan ərazidə yenidən bölücülük toxumlarını cücərtməyə cəhd göstərənlər, Brüsseldə keçiriləcək görüş ətrafında ən müxtəif bəhanələrlə humanizm fonu yaratmaq istədilər, amma alınmadı... Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatıyla üç tərəfin bir, vahid planının bütün detallarını üzə çıxardı. Çarə uzaqdan-uzağa sapdırıcı bəyanatlar verənlərin başbiləninə, Birləşmiş Ştatların siyasi hakimiyyətinin de-fakto rəhbərinin Bakıya zənginə qaldı. Beləcə özünü dünyanın hegemon gücü hesab edən ölkənin dövlət katibi Azərbaycan liderinə zəng edərək aprelin 5-də Brüsseldə keçiriləcəyinə ümid bəslənilən görüşlə və bütövlükdə Cənubi Qafqazla bağlı mövqelərini izah etməyə çalışdı...

Çalışdı, vəssalam!

Milli maraqlarından, haqlı, qürurlu və ləyaqətli duruşundan bir addım da olsun belə geriyə çəkilməyən Azərbaycanın mövqeyində isə hər hansı bir dəyişiklik baş vermədi...

Keçirilməsi planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistanın görüşü ilə bağlı rəsmi Bakının mövqeyi, bu üçtərəfli oyuna "qırmızı don" biçənlərdən fərqli olaraq, kifayət qədər açıq və aydındır. Çünki həyata keçirilməsi planlaşdırılan ssenarinin detallarını çox yaxşı bilir və əsl niyyətin nədən ibarət olduğunu incəliyinə qədər təhlil etməyi bacarır. Məqsəd 30 ilə yaxın Rusiyanın forpostu, plasdarmı olan Ermənistanın özünü diversifikasiya etməkdən və Fransanın avanpostuna çevirməkdən ibarətdir. Ermənistan üçün bu prosesdə, sadəcə plasdarmın ərazisi funksiyasını yerinə yetirmək missiyası nəzərdə tutulub. Zatən bu ölkəni dövlət gözündə görənlərin də sayı çox azdır. Ermənistanın siyasi hakimiyyətinin təmsilçiləri isə bu ssenarinin üçüncü və bəlkə də onuncu dərəcəli oyunçularıdır. Molla Nəsrəddinin məşhur lətifəsində deyildiyi kimi "suyunun suyunun suyu"...

…Bu prosesdə özünü "imperializmə qarşı mübarizənin öncülü" elan edən region ölkələrinin burunlarının ucunda baş verənlərə münasibətdə sükuta qərq olmaları maraq doğurur. Konkret olaraq, İranı nəzərdə tuturam. Yeri gəldi-gəlmədi tarixi Azərbaycan torpaqlarına qanla "əkilmiş" "Ermənistan" adlı şər yuvasının sərhədlərini bəlağətli ifadələrlə özünün "qırmızı xətti" olduğunu bildirən rəsmi Tehran, nədənsə ermənilərin İranın maraqlarının "qırmızı xətti" üzərində uzun müddətdir ki, necə atılıb-düşdüyünü izləməkdən başqa bir iş bacarmır. Və heç bir məntiqi izahı olmadan, klassik kin-küdurətinə, ədasına, hikkəsinə yenilərək, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaq istəmədiyini nümayiş etdirməyə çalışır. Halbuki məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin zəkası və qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti hesabına bölgəni qan gölünə çevirmək, elə İranın özünü də ən yaxşı halda küncə sıxışdırmaq istəyənlərin oyunları pozulub. Amma bu reallıqlar uzun illər boyu Azərbaycan torpaqlarının işğalı üzərindən bölgəyə nüfuz etmək istəyənləri qane etmir, onlar Cənubi Qafqaza davamlı sülhün gəlməsində əsla maraqlı deyillər. Hədəf Cənubi Qafqazda ikinci cəbhə açmaq, buradan daha geniş bir əraziyə, bütün Qərbi və Mərkəzi Asiyaya bölücülük toxumu səpməkdən ibarətdir.

Təəssüf ki, yaxın tarixdə baş verənlərdən ciddi nəticə çıxara bilməyən bəzi ölkələr hələ də Qərbdən üzərimizə səmum yeli kimi əsən və özüylə, bəlkə də on illər boyu davam edəcək qarşıdurmalar gətirən məkrli planların mahiyyətini dərk etmək istəmir və hələ də ikili oyunlarla hadisələrin episentrindən kənarda qalacaqlarını düşünürlər. Bu xüsusda rəsmi Gürcüstanın mövqeyi hələ də aydın deyil. Daha doğrusu, aydındır, amma yanlışlıq limitinin sərhədləri üzərindən hərəkət edir. Bir addım o yana isə geriyə dönüşü olmayan proseslərin "dəhlizi" başlayır.

Ermənistanın isə "qum saatı" dolmaq üzrədir. Moskvadan verilən son bəyanatlar, indi sadəcə xəbərdarlıq xarakteri daşımır. Rusiya heç bir halda Ukraynada olduğu kimi gözləmə mövqeyində dayanmayacaq. Çünki vaxt tükənmək üzrədir.

Azərbaycan isə ərazi bütövlüyü və suverenliyini tam təmin edib və heç bir halda Ermənistanın yenidən dirçəlməsinə, regionda yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək.           

Elçin MİRZƏBƏYLİ,

siyasi şərhçi.