Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan
Məktublar

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz müdrik və uzaqgörən dövlət xadimi kimi öz vətəninizdə və xaricdə böyük hörmət qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın dayanıqlı inkişaf yolu ilə irəliləməsi respublikanın vətəndaşlarının qəlbində minnətdarlıq hissləri doğurur.

Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına şəxsi töhfənizi xüsusi qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin gələcəkdə möhkəmləndirilməsi potensialı genişdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı, enerji, uğurlar və növbədənkənar prezident seçkilərində ümumxalq dəstəyi, bizə yaxın olan Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Dmitri KOZAK,

Rusiya Federasiyası Prezidenti Administrasiyası

rəhbərinin müavini.