Lerikdə ağacəkmə aksiyası
Ekologiya

Lerikdə ağacəkmə aksiyası

Xalqımızın böyük oğlu, dünyaşöhrətli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Lerik rayonunda silsilə tədbirlər keçirilir. Ulu öndərin mənalı ömür yolu, şərəfli, çoxşaxəli dövlətçilk fəaliyyəti, zəngin nəzəri irsi, əsasını qoduğu inkişaf strategiyası ətraflı öyrənilir və geniş təbliğ olunur.

Dahi və əbədiyaşar lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların, parkların və meşə zolaqlarının salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib, – deyə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev bildirir. Ulu öndər ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına misilsiz qayğı göstərib.

Ağacəkmə aksiyasında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Lerik şəhərinin mərkəzində 100-ə yaxın şam ağacı əkilib və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Əlisəfa Həsənov,

“Respublika”.