WhatsApp yeni interfeys dizaynı üzərində işləyir
Maraqlı

WhatsApp yeni interfeys dizaynı üzərində işləyir

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi olan WhatsApp, yeni interfeys dizaynı yeniləməsi üzərində işləyir.

"Respublika" xəbər verir ki, bu məlumat WABetaInfo tərəfindən aşkar edilib. 

Qeyd edilir ki, Android modellərdəki tətbiqetmədə  yuxarı menyu çubuğundan yaşıl hissəni silmək planlaşdırılır. Yeni interfeysdə yuxarı hissə açıq interfeys rejimində ağ, tünd interfeys rejimində isə qara olacaq, interfeys rejimindən asılı olmayaraq WhatsApp loqosu yaşıl rəngdə istifadə olunacaq.

Bu kiçik dəyişikliklə daha sadə bir xətt mənimsəmək istəyən şirkət, bunu reallaşdırmaq üzrə çalışır. Bundan əlavə, şirkət istifadəçilərin oxunmamış mesajlar, şəxsi söhbətlər və ya işgüzar söhbətlər kateqoriyaları altında söhbətlərini süzgəcdən keçirməsi üçün interfeysin yuxarı hissəsində yeni menyular əlavə etmək üzərində işləyir. 

Nurlan ABDALOV,

"Respublika".