“Google” öz axtarış sistemində süni intellektin köməyindən istifadə edəcək
Maraqlı

“Google” öz axtarış sistemində süni intellektin köməyindən istifadə edəcək

Dünyanın ən məşhur brauzeri hesab olun “Google” istifadəçilərini xoş xəbərlə sevindirmək niyyətindədir.

“Respublika” “New-York Times” qəzetinə istinadən xəbər verir ki, “Google” “ChatGPT” kimi süni intellekt botlarının istifadəçilərin axtarış konsepsiyasını tamam başqa bir məcraya yönləndirdiyi və inanılmaz dərəcədə asanlaşdırdığına görə labüd addımlar atmaq qərarına gəlib.

Axtarış sistemi süni intellektin köməyi ilə insanların brauzer üzərindən axtarışlarını daha asan nəticəyə gətirmək üçün bir sıra addımlar atmağa başlayıb.

“Google” öz axtarış sisteminə süni intellektin nə vaxt gətiriləcəyi barədə məlumat verməyib.

Tacir SADIQOV

"Respublika".