Xorvatiyada keçiriləcək Qran-Pri turnirində iştirak edəcək millimizin heyəti açıqlanıb
İdman

Xorvatiyada keçiriləcək Qran-Pri turnirində iştirak edəcək millimizin heyəti açıqlanıb

Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turnirində iştirak edəcək heyəti açıqlanıb.

“Respublika” Avropa Cüdo Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışa 9 idmançı ilə yollanacaq.

Kişilərdə Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, avqustun 18-20-si aralığında keçiriləcək Qran-Priyə 88 ölkənin cüdoçuları qatılacaq.