Antoni fırtınasının İngiltərə və Uelsin cənub-qərbini vurması gözlənilir
Dünya xəbərləri

Antoni fırtınasının İngiltərə və Uelsin cənub-qərbini vurması gözlənilir

Böyük Britaniyanın Meteorologiya İdarəsi, İngiltərə və Uelsin cənub-qərbində ilin bu vaxtında uyğun olmayan fırtına və yağışlar barədə "narıncı xəbərdarlıq" elan edərək, "Antoni" adlı fırtınanın nəticələrinin ölkə daxilində hiss olunacağını bildirib.

“Respublika”  Böyük Britaniya Meteoroloji İdarəsinin verdiyi açıqlamaya istinadən xəbər verir ki, Antoni fırtınasının İngiltərə, Uels və Şimali İrlandiyada yerli vaxtla saat 11:00-dan 19:00-dək, ölkənin bəzi bölgələrində güclü yağış və güclü küləyə səbəb olacağını deyib.

Güclü külək nəticəsində damların uçması, uçuşların təxirə salınması və bəzi yolların və körpülərin bağlanması risklərinə qarşı tədbir görülməsinin lazım olduğunu izah edən Meteoroloji Büro, London, İngiltərənin Şərqi və Cənub-Şərqi, ölkənin şərq və Qərb Midland bölgələri üçün bu risklərin az olduğu mənasını verən "sarı xəbərdarlıq" verib. Bu ərazilərdə küləyin saatda 55-65 kilometr, dəniz kənarı ərazilərdə isə  saatda 80-85 kilometr sürətlə əsəcəyi gözlənilir.

Musa BAĞIRLI,

“Respublika”.