“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298; 2022, № 12, maddə 1379; 2023, № 1, maddə 41, № 2, maddə 167, № 4, maddə 452) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.1.14-cü, 1.1.15-ci və 1.1.18-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“1.1.14. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz;

1.1.15. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, səhmdar investisiya fondunda və idarəçidə rəhbər vəzifə tutan şəxslər, əmlak inzibatçısı və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmamasıdır;”;

“1.1.18. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);”;

1.2. 1.1.17-ci maddədən “və ya təftiş komissiyasında” sözləri çıxarılsın;

1.3. 1.1.20-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

2. 2.1-ci maddədə, 4.1-ci maddənin birinci cümləsində, 4.2-ci, 4.3-cü, 5.2-ci, 5.7-ci, 6.3-cü, 7.2-ci, 7.3-cü, 9.2-ci, 10.6-cı, 10.7-ci maddələrdə, 11.1-ci maddənin ikinci cümləsində, 13.2.5-ci, 13.3-cü, 13.4-cü, 15.3-cü, 15.4-cü, 16.1-ci, 16.3-cü, 16.10-cu, 19.3-cü, 19.5-ci, 19.6-cı maddələrdə, 19.7-ci maddənin ikinci cümləsində, 21.10-cu, 21.15-ci maddələrdə, 23.3-cü maddənin birinci cümləsində, 24.4.3-cü maddədə, 24.6-cı maddənin üçüncü cümləsində, 24.7-ci maddənin birinci və ikinci cümlələrində, 24.8-ci, 24.9-cu maddələrdə, 26.1-ci maddənin ikinci cümləsində, 26.3-cü, 26.4-cü maddələrdə, 27.2.6-cı maddənin birinci və ikinci cümlələrində, 27.2.7-ci maddədə, 29.1-ci maddənin üçüncü cümləsində, 30.1-ci, 31.3-cü, 33.6-cı, 33.7-ci, 33.8-ci, 34.2-ci maddələrdə, 34.3-cü maddənin üçüncü cümləsində, 34.5-ci, 34.6-cı maddənin birinci və ikinci cümlələrində, 35.1-ci və 38.1-ci maddələrin birinci abzaslarında, 39.1-ci maddədə, 39.2-ci maddənin birinci cümləsində, 39.3-cü maddənin birinci və ikinci cümlələrində, 39.4-cü, 39.5-ci, 39.5.4-cü maddələrdə, 41.1-ci maddənin birinci abzasında, 41.1.5-41.1.7-ci, 41.1.9-cu, 41.1.10-cu, 41.2-ci, 41.4-cü maddələrdə, 43.1-ci maddənin birinci abzasında, 43.1.5-ci, 43.1.6-cı maddələrdə, 43.2-ci maddənin birinci və ikinci cümlələrində, 43.3-cü, 44.6-44.8-ci maddələrdə, 45.3-cü maddənin ikinci cümləsində, 45.4-cü maddənin ikinci cümləsində, 45.5-ci (hər iki halda), 45.7-ci, 45.8-ci maddələrdə, 45.13-cü maddənin birinci və ikinci cümlələrində, 46.2.1-ci maddədə, 46.4-cü maddənin birinci və ikinci cümlələrində, 46.5-ci, 46.8-46.10-cu maddələrdə, 46.12-ci və 46.19-cu maddələrin birinci və ikinci cümlələrində, 46.20-ci maddənin birinci abzasının birinci cümləsində, 46.23-cü maddədə, 47.1-ci maddənin ikinci cümləsində, 47.4-cü maddənin ikinci və üçüncü cümlələrində, 47.5-ci maddənin ikinci cümləsində, 47.6.1-ci, 47.8-ci maddələrdə, 47.13-cü maddənin birinci və ikinci cümlələrində, 50-ci maddənin adında, 50.2-ci və 52.2-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 4.4-cü və 7.1-2-ci maddələr əlavə edilsin:

“4.4. İnvestisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.”;

“7.1-2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.3-cü maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.”.

4. 8.5-ci maddəyə “prospekti” sözündən sonra “və ya informasiya memorandumu” sözləri əlavə edilsin.

5. 9.4-cü maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddənin üçüncü cümləsindən “inzibati və” sözləri çıxarılsın.

6. 15.5-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsindən “inzibati və” sözləri çıxarılsın.

7. Aşağıdakı məzmunda 24.4.1-1-ci maddə əlavə edilsin:

“24.4.1-1. investisiya bəyannaməsinə uyğun olaraq mərkəzi depozitarın və fond birjasının üzvü qismində əməliyyatlar aparmaq;”.

8. 24.10-cu maddədə “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Mərkəzi Bankdan” sözləri ilə, “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

9. 25-ci maddə üzrə:

9.1. 25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Mərkəzi depozitar müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola bilər.”;

9.2. 25.2-ci maddədə, 25.7-ci maddənin üçüncü cümləsində, 25.9-cu, 25.11.6-cı və 25.12-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

9.3. 25.4-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankında” sözləri “Mərkəzi Bankda” sözləri ilə əvəz edilsin;

9.4. 25.5-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

9.5. 25.8-ci maddə üzrə:

9.5.1. birinci və ikinci cümlələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

9.5.2. dördüncü cümlədə “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Mərkəzi Bankdan” sözləri ilə, “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

10. 27.2.8-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

11. 28-ci maddə üzrə:

11.1. 28.2 – 28.6-cı, 28.8-ci və 28.9-cu maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

11.2. 28.5.1.1-ci maddəyə “sənədlər” sözündən sonra “, habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər” sözləri əlavə edilsin;

11.3. aşağıdakı məzmunda 28.5.1.1-1-ci maddə əlavə edilsin:

“28.5.1.1-1. icra orqanlarının rəhbərlərinin vətəndaş qüsursuzluğuna dair məlumat.

Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

11.4. 28.5.1.4.4-cü və 28.5.1.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“28.5.1.4.4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin fiziki şəxs əcnəbi olduqda isə yuxarıda göstərilən sənədlərdən əlavə rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;”;

“28.5.1.5. Mərkəzi Bankın müəyyən etdiyi formada benefisiar mülkiyyətçilər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.”;

11.5. 28.5.2.1-ci maddəyə “tövsiyəsi” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla), habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər” sözləri əlavə edilsin;

11.6. 28.5.2.2-ci maddədə “notariat qaydasında təsdiq edilmiş ərizəsini” sözləri “məlumat” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

11.7. 28.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“28.7. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən imtina edir:

28.7.1. Bu Qanunun 28.5-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda (bu Qanunun 28.5-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya yanlış olduqda həmin sənədlərin 10 iş günü ərzində tam həcmdə təqdim edilməsi və ya dəqiqləşdirilməsinə dair Mərkəzi Bankın tələbi yerinə yetirilmədikdə;

28.7.2. mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri) və onların benefisiar mülkiyyətçiləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

28.7.3. mühüm iştirak pay sahiblərinin və onların benefisiar mülkiyyətçilərinin səhmdar investisiya fonduna və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

28.7.4. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;

28.7.5. mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

28.7.6. bu Qanunun tələblərinə digər uyğunsuzluqlar aşkar olunduqda.”;

11.8. 28.10-cu maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin cümləyə “barəsində” sözündən sonra “bu Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq” sözləri əlavə edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın.

12. 31.4-cü və 32.1.1-ci maddələrə “prospekti” sözündən sonra “(informasiya memorandumu)” sözləri əlavə edilsin.

13. 34.7-ci maddəyə “İdarəçinin” sözündən sonra “investisiya fondlarının idarə edilməsini həyata keçirən bütün əməkdaşları” sözləri əlavə edilsin və həmin maddədə “olan əməkdaşlarının sayına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir” sözləri “olmalıdır” sözü ilə əvəz edilsin.

14. 36-cı maddə üzrə:

14.1. 36.1.2-ci maddədə “və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri” sözləri “notariat qaydasında təsdiq edilmiş surəti və təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə” sözləri ilə əvəz edilsin;

14.2. 36.1.3.7-ci maddədə “maliyyə sabitliyi normativlərinə (olduqda) uyğunluğunu” sözləri “prudensial normativlərə (olduqda) riayət etdiyini” sözləri ilə əvəz edilsin;

14.3. 36.1.5-ci maddəyə “olduqda” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla)” sözləri əlavə edilsin;

14.4. 36.1.7-ci maddəyə “təsisçilərin” sözündən əvvəl “təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan” sözləri, “hüquqi şəxs olan” sözlərindən sonra “belə” sözü və “məlumatlar” sözündən sonra “və sənədlər” sözləri əlavə edilsin;

14.5. 36.1.13-cü və 36.1.15-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“36.1.13. təsisçilərin, rəhbər vəzifələrə təyin olunması nəzərdə tutulan şəxslərin həmin səhmdar investisiya fondunda, idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vətəndaş qüsursuzluğu barədə məlumat.

Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

“36.1.15. Mərkəzi Bankın müəyyən etdiyi formada səhmdar investisiya fondunun və ya idarəçinin səhmdarları arasındakı münasibətlər və səhmdar investisiya fondunun və ya idarəçinin benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.”;

14.6. 36.1.14-cü maddədə “müvafiq sənədlər və məlumatlar” sözləri “məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri” sözləri ilə əvəz edilsin.

15. 37-ci maddə üzrə:

15.1. 37.1-ci maddədə, 37.4-cü maddənin birinci abzasında, 37.5-ci maddənin birinci cümləsində, 37.7-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

15.2. 37.2-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, dördüncü cümləsində “gün” sözü “iş günü” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

15.3. 37.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“37.3. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən səhmdar investisiya fondu və idarəçinin kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və bu Qanunun 40-cı maddəsində göstərilən şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olması və səhmdar investisiya fondu və idarəçinin nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməzlər.”;

15.4. aşağıdakı məzmunda 37.3-1-ci maddə əlavə edilsin:

“37.3-1. Bu Qanunun 37.3-cü maddəsi sonradan səhmdar investisiya fondu və idarəçidə mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, bu Qanunun 40-cı maddəsinə uyğun olaraq səhmdar investisiya fondu və idarəçidə rəhbər və digər vəzifələrə yeni təyin olunan şəxslərə də şamil edilir.”;

15.5. 37.4.1-ci maddəyə “tamamlanmadıqda” sözündən sonra “, habelə mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin səhmdar investisiya fondu və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya səhmdar investisiya fondu və ya idarəçinin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda” sözləri əlavə edilsin;

15.6. 37.4.2-ci maddədə “41.1-41.4-cü” sözləri “40-cı” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olunmadıqda” sözündən sonra “, habelə benefisiar mülkiyyətçilər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda” sözləri əlavə edilsin;

15.7. aşağıdakı məzmunda 37.4.2-1-ci maddə əlavə edilsin:

“37.4.2-1. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;”;

15.8. 37.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati qaydada və” sözləri çıxarılsın.

16. 38.1.5-ci maddəyə “rəhbər” sözündən sonra “və digər” sözləri, “surətləri” sözündən sonra “(dəyişiklik olduqda)” sözləri əlavə edilsin.

17. 39.5.2-ci maddədə “40.1 – 40.4-cü maddələrinin tələblərinə” sözləri “40-cı maddələrinin tələbləri ilə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olunduqda” sözündən sonra “və (və ya) idarəçinin ixtisas şəhadətnaməsinə malik ən azı iki əməkdaşı olmadıqda” sözləri əlavə edilsin.

18. 40-cı maddə üzrə:

18.1. maddənin adına “rəhbər” sözündən sonra “və digər” sözləri əlavə edilsin;

18.2. 40.1.1-ci maddədə “vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir” sözləri “məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır” sözləri ilə əvəz edilsin;

18.3. 40.1.2-ci maddədə “maliyyə sabitliyi normativlərinə (olduqda) uyğun” sözləri “prudensial normativlərə (olduqda) riayət etməlidir və icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik” sözləri ilə əvəz edilsin;

18.4. 40.2-ci maddənin birinci abzasından “təftiş komissiyasının və ya” və “, habelə daxili audit xidmətinin” sözləri çıxarılsın;

18.5. 40.2.2-ci maddədə “təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü” sözləri “audit komitəsinin üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları” sözləri ilə əvəz edilsin;

18.6. 40.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“40.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır;”;

18.7. 40.2.5-ci maddədən “təftiş komissiyasının və ya” sözləri çıxarılsın;

18.8. 40.2-1-ci maddədə “peşəkar mühasib olmalıdır” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır” sözləri ilə əvəz edilsin;

18.9. aşağıdakı məzmunda 40.2-2-ci və 40.2-3-cü maddələr əlavə edilsin:

“40.2-2. Daxili audit xidmətinin rəhbəri və əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.

40.2-3. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.”;

18.10. 40.3-cü maddədə “təftiş komissiyasının və ya daxili audit orqanının üzvü” sözləri “audit komitəsinin üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları” sözləri ilə əvəz edilsin;

18.11. 40.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“40.4. Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının və müşahidə şurasının üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərilir. Bildirişə müvafiq olaraq bu Qanunun 36.1.13-cü və 36.1.14-cü maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.”;

18.12. aşağıdakı məzmunda 40.4-1-ci, 40.4-2-ci və 40.9-cu maddələr əlavə edilsin:

“40.4-1. Səhmdar investisiya fondunun və idarəçinin audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları vəzifəsinə bütün təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində səhmdar investisiya fondu və idarəçi tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə həmin şəxslər barəsində müvafiq olaraq bu Qanunun 36.1.13-cü və 36.1.14-cü maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Bildirişdə həmin vəzifələrə təyin olunmuş şəxslərin müvafiq olaraq bu Qanunun 40.2-ci, 40.2-1 – 40.2-3-cü maddələrinin tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.

40.4-2. Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs) və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları bu Qanunun 40-cı maddəsinin tələblərinə cavab vermədikdə, səhmdar investisiya fondu və idarəçi Mərkəzi Bankın təqdimatı ilə onların səlahiyyətinə vaxtından əvvəl xitam verməlidir.”;

“40.9. Bu Qanunun 40-cı maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.”;

18.13. 40.6 – 40.8-ci maddələr ləğv edilsin.

19. Aşağıdakı məzmunda 41.1.3-1-ci maddə əlavə edilsin:

“41.1.3-1. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin səhmdar investisiya fondu və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;”.

20. 42-ci maddə üzrə:

20.1. 42.1-ci maddədə, 42.2-ci maddənin birinci abzasında, 42.3-cü maddədə, 42.4-cü maddənin birinci və ikinci cümlələrində, 42.5-ci maddənin birinci abzasında, 42.6-cı və 42.7-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

20.2. 42.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“42.2.6. nümayəndəliyin rəhbər vəzifələrinə təyin edilən şəxslərin həmin investisiya fondunda və ya idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onların təhsili və iş təcrübəsi barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onların vətəndaş qüsursuzluğu barədə məlumat.

Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

20.3. 42.5.2-ci maddədə “40.1 – 40.3-cü” sözləri “40-cı” sözləri ilə əvəz edilsin.

21. 45.6-cı maddənin ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə, dördüncü cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

22. X fəslin adında “fəaliyyətinin” sözü “fəaliyyətində” sözü ilə əvəz edilsin.

23. 48-ci maddə üzrə:

23.1. adında və 48.1-ci maddənin birinci abzasında “fəaliyyətinin” sözü “fəaliyyətində” sözü ilə əvəz edilsin;

23.2. aşağıdakı məzmunda 48.1.2-1-ci maddə əlavə edilsin:

“48.1.2-1. səhmdar investisiya fondu və idarəçidə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər müəyyən edilir;”;

23.3. 48.1.6-cı maddədə “və ya idarəçinin icra orqanlarının üzvlərinin,” sözləri “və idarəçinin müşahidə şurası və icra orqanının üzvləri ilə müsahibə keçirilir, habelə” sözləri ilə əvəz edilsin;

23.4. 48.1.10-cu maddədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu Qanunla” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

23.5. 48.1.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

“48.1.15. hər hansı şəxsin bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan investisiya fondu fəaliyyəti və investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olduğu müəyyən edildikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görülür;”;

23.6. aşağıdakı məzmunda 48.1-1-ci maddə əlavə edilsin:

“48.1-1. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi müvafiq arayış əsasında müəyyən edilir.”;

23.7. 48.2-ci maddədə “Dövlət tənzimlənməsi” sözləri “Tənzimlənmə və nəzarət” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə “tənzimləmə” sözündən sonra “və nəzarət” sözləri əlavə edilsin;

23.8. 48.3-cü maddə ləğv edilsin;

23.9. 48.4-cü maddədən “və mətbu orqanda” sözləri çıxarılsın, həmin maddədə hər iki halda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.”.

24. 49-cu və 51-ci maddələr ləğv edilsin.

25. 50.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati və” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyul 2023-cü il.