İtaliya 15 şəhərə
Dünya xəbərləri

İtaliya 15 şəhərə "ekstremal" istilərə görə xəbərdarlıq edib

İtaliya 15 şəhərə "ekstremal" istilərə görə xəbərdarlıq edib. Rəsmilər bu həftə sonu Roma və Florensiya da daxil olmaqla, 15 şəhərdə isti hava şəraitinin sağlamlıq üçün təhlükəli olduğunu bildirib.

“Respublika” xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə nazirliyi məlumat yayıb.

 Avropa Kosmik Agentliyinin (ESA) iqlimşünasları Siciliya və Sardiniya adalarında temperaturun 48°C-ə [118.4°F] çata biləcəyini və bunun Avropada indiyə qədər qeydə alınmış ən isti temperatur ola biləcəyini qeyd ediblər.

İtaliyanın səhiyyə nazirliyi əhaliyə səhər saat 11:00-18:00 arasında daha yüngül yeməklər yeməyi və birbaşa günəş işığından çəkinməyi tövsiyə edir.

Qeyd edək ki, Avropa Kosmik Agentliyi İspaniya, Fransa, Almaniya və Polşada da ekstremal hava şəraitinin gözlənildiyini bildirib.

Nurlan ABDALOV,

"Respublika".