Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan
Məktublar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Culius Maada Bio

Syerra-Leone Respublikasının Prezidenti