“Mən azərbaycanlıyam”   istedad müsabiqəsi
Region

“Mən azərbaycanlıyam”   istedad müsabiqəsi

Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı sayəsində baş tutan  müstəqil Azərbaycanın qurucusu, dahi ulu öndər  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, onun  böyük qürurla, iftixarla  dediyi, milyonların qəlbində əbədiyyət qazanan     “Mən azərbaycanlıyam!” adlı  istedad müsabiqəsi öz maraq dairəsinə görə yaddaşlara həkk olundu.

Tədbirin yekununda istedad müsabiqəsində  I, II, III yerlərə sahib çıxan  qaliblərə diplom, fəxri fərman, digər qaliblərə isə təşəkkürnamələr və hədiyyələr təqdim edildi.

100-yə yaxın iştirakçının qatıldığı müsabiqənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ədəbi-bədii nümunələri təbliğ etmək, habelə mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərinə təkan vermək, bədii qiraətə, aktyorluğa, rəqsə olan marağı artırmaq, eyni zamanda  yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarət  idi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.