DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYAYA SANKSİYALARDAN YAYINMAĞA KÖMƏK EDƏN ÖLKƏLƏRİN ADI AÇIQLANIB

Rusiya sanksiyalara baxmayaraq, əsas elektron avadanlıqların idxalını istədiyi həcmdə bərpa edə bilib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədəPoliticoqəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim Obrayn nəşrə bildirib ki, Rusiyaya əsas mikroçiplərin elektron avadanlıqların idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb.

Problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində bunları Rusiyaya satırlar. Bu ilin əvvəlində Rusiya bəzi əsas kateqoriyalı elektron avadanlıqları idxal edə bilib”, - deyə Cim Obrayn bildirib.

Eyni zamanda, koordinator bura çiplər, prosessorlar inteqral sxemlərin daxil olduğunu bəyan edib.

ABŞ rəsmisi qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında olduqca vacibdir. Onun sözlərinə görə, ABŞ sanksiyalardan yayınmağa kömək edən beş ölkə müəyyən edib: onlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri Ermənistandır.

 

XERSON VİLAYƏTİNİN 600 KVADRATKİLOMETR SAHƏSİNİ SU BASIB

Müharibə gedişində Rusiyanın nəzarəti altına keçən Ukraynanın Xerson vilayətinin 600 kvadratkilometr sahəsini su basıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib.

Bununla yanaşı, Ukraynalı vilayət rəhbərinin sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb.

Aleksandr Proskudinin sözlərinə görə, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 2000 nəfərə qədər insan artıq təxliyə edilib. O, bu prosesin davam etdiyini vurğulayıb.

Rusiya mediasının məlumatına əsasən isə 14 min ev su altında qalıb, 4300-ə yaxın sakin təxliyə olunub.

Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.

Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma su təchizatı, eləcə Dnepr çayının axınının tənzimlənməsini təmin edirdi. Kaxovka SES-i 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiyanın nəzarətinə keçib.

 

FRANSA HƏRBİ BUDCƏSİNİ KƏSKİN ŞƏKİLDƏ ARTIRMAQ NİYYƏTİNDƏDİR

Birinci oxunuşda təsdiq edilən silahlı qüvvələrin modernləşdirilməsi üçün Fransanın müdafiə büdcəsinin artırılmasına dair yeddiillik plan Fransa Milli Assambleyası üzvlərinin səs çoxluğu ilə dəstəklənib. “Trendagentliyinin məlumatına görə, bu barədəLe Figaroqəzeti xəbər verib.

Bildirilir ki, qanun layihəsinə əsasən, 2024- ildən 2030-cu ilə qədər ölkənin müdafiə sahəsinə 413,3 milyard avro ayrılacaq.

Məlumata əsasən, 408 deputat sənədin lehinə, 87 nəfər isə əleyhinə səs verib. İndi sənəd baxılmaq üçün Senata təqdim olunacaq. Fransa mətbuatının yazdığına görə, bununla bağlı iyulun 14-dən əvvəl qərarın veriləcəyi gözlənilir.

Fransa mətbuatının qeyd etdiyinə görə, müdafiə xərclərinin əvvəlki illərlə müqayisədə xeyli yüksək olması sadəcə inflyasiya ilə əlaqədardır.

 

AVROPADA NATO TARİXİNİN ƏN BÖYÜK HƏRBİ-HAVA TƏLİMLƏRİ KEÇİRİLƏCƏK

NATO tarixinin ən böyük hərbi-hava təlimlərini keçirəcək. “Air Defender 2023” təlimləri 12-23 iyun tarixlərində Almaniya Şərqi Avropada 250-dən çox döyüş təyyarəsinin iştirakı ilə keçiriləcək. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinə məxsus təxminən 110 təyyarə təlimlə əlaqədar Avropaya gedəcək.

Təlimlərdə Avropanın NATO-ya üzv ölkələrindən 80, beynəlxalq tərəfdaşların isə 60 təyyarəsinin iştirakı gözlənilir.

Almaniyanın ev sahibliyində keçiriləcək hərbi-hava təlimlərinin məqsədi alyansın müdafiəsini möhkəmləndirmək, havada çəkindirmə qüvvələrinin olduğunu nümayiş etdirmək həmrəyliyi gücləndirməkdir.

 

DONALD TRAMPA QARŞI CİNAYƏT TƏHQİQATINA BAŞLANILIB

ABŞ federal prokurorları ölkənin keçmiş prezidenti Donald Trampa qarşı cinayət təhqiqatına başlayıblar. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəPoliticoqəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, artıq keçmiş dövlət başçısına proseslə bağlı xüsusi bildiriş göndərilib.

Qeyd edilir ki, həftənin əvvəlində Donald Trampın vəkilləri ölkənin Baş Prokurorluğu funksiyası yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşüb.

Məlumata əsasən, xüsusi prokuror Cek Smit hazırda keçmiş ABŞ liderinin məxfi sənədlərlə düzgün davranmamasını araşdırır. Nəşrin xəbərinə görə, bildirişlə əlaqədar Smit Trampı cinayət işi üzrə ittiham etmək qərarına gələ bilər.

 

ALMANİYADA İŞÇİ ÇATIŞMAZLIĞI İQTİSADİ İNKİŞAFA TƏHDİD YARADIR

İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını təhdid edir. “Reportun verdiyi xəbərə görə, bu barədəBloombergagentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Almaniya hökuməti institutunun araşdırmasına görə, ölkənin işçi qüvvəsi hazırda 47 milyon nəfərdir, lakin tezliklə artım dayanacaq bu, almanların daim yaxşılaşan həyat səviyyəsinin sonu olacaq.

Qeyd olunur ki, ciddi dəyişikliklər olmasa, bu rəqəm növbəti illərdə kəskin şəkildə azalacaq, iqtisadi artım zəifləyəcək, inflyasiya təzyiqləri artacaq məhsuldar şirkətlər üçün xüsusilə ciddi problemlər yaranacaq.

Eyni zamanda, iqtisadi artımı indiki səviyyədə saxlamaq üçün ölkəyə hər il 400 min yeni işçi lazımdır. Məlumata görə, miqrasiya dalğası da bu problemi həll etməyib.

Bloombergin proqnozlarına görə, ölkə iqtisadiyyatının ümumi artımı çətin ki, on il ərzində 1 faizi keçə bilsin. Almaniya qarşıdakı on il ərzində bütün Qərb həmkarlarından daha böyük demoqrafik azalma ilə üzləşəcək.

 

BƏƏ DÖRDGÜNLÜK İŞ HƏFTƏSİNƏ KEÇİR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük həftəsinə keçmək hüququ qazanacaqlar. “Teleqraf.comun vediyi xəbərə görə, bu barədəEmiratesinformasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara görə, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik saatları dörd gün ərzində gündəlik 10 saatdan ya həftədə 40 saatdan çox olmayacaq. Bu rejimi həm işçinin, həm işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib.

Dördgünlük məhdud rejimi BƏƏ- dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə imkan verir.

BƏƏ-nin rəsmiləri bildiriblər ki, İnsan Resursları haqqında yeni qanun çevik modelləri hazırlamaq dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika