Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə, ayaq izimiz nəfəsimiz...

Florida Universitetinin  alimləri aşkar ediblər ki, DNT nümunələri insanın çimdiyi su, havada qalan nəfəsi, hətta qumun üzərindəku ayaq izindən belə götürülə  bilər.

"Nature Ecology & Evolution" elmi  jurnalında dərc edilən araşdırmaya görəalimlər bu nəticəyə nəsli kəsilməkdə olan dəniz tısbağalarının genetik əcdadlarını müəyyən edərkən gəliblər. Belə kiqumdan DNT nümunələrini toplayan  tədqiqatçılar əldə etdikləri nəticələrin  çox keyfiyyətli olduğunu ortaya çıxarıblar. Onlar belə qənaətə gəliblər ki, hətta bu yolla həmin ərazidə yaşayan əhalinin  genetik əcdadını belə müəyyən etmək mümkündür.

"Tüpürcəyimiz, dərimiz, tərimiz qanımız vasitəsilə ətraf mühitə qarışan  insan DNT-si itkin düşmüş şəxslərin tapılması, cinayətlərin açılması, arxeoloji əhəmiyyət kəsb edən ərazilərin müəyyən edilməsi sağlamlığın monitorinqi üçün məhkəmə-tibbi araşdırmalara kömək etmək üçün istifadə edilə bilər", - deyə tədqiqat müəlliflərindən biri  David Duffy qeyd edib.

 

Tarixin ən qəribə tibb hadisəsi

Bu yaxınlarda tarixin ən qəribə beyin zədələnməsi hadisəsi ilə bağlı araşdırma aparılıb. Belə ki, 1938-ci ildə  İspaniyanın  Vətəndaş müharibəsi zamanı yaralandıqdan sonra  dünyanı alt-üst görməyə başlayan əsgərin vəziyyəti ilə bağlı elmi nəzəriyyələr hadisə hesabatlarında qeydə alınan simptomlar bir araya gətirilib.

Xəstə  başından güllə yarası aldıqdan iki həftə sonra özünə gələndə şokedici bir dəyişiklik yaşayıb. Belə ki, o dünyanı alt-üst gördüyünü bildirib. Onun həm normal, həm tərs vəziyyətdə hərfləri rəqəmləri oxumaq bacarığı həkimləri şoka salıb.

"Neurologia" elmi jurnalında dərc edilən yeni araşdırmada bədənini  hərəkət etdirə bilməyən kişinin yaşılımtıl rəng görməyə başladığı obyektlərə tərs baxdığı qeyd edilib. Bundan əlavə, onun eşitmə toxunma qavrayışları da əksinə olub. Belə kipasiyentin eşitdiyi səsləri hiss etdiyi toxunuşları gəldiyi yerdən tərs istiqamətdə qəbul etdiyi bildirilib.

Araşdırmanın nəticələri bugünkü beyin tədqiqatları klinik sınaqlar üçün mühüm mənbə olaraq istifadə edilə bilər.

 

Ona əbəs yerə "şeytan nəfəsi" demirlər...

Təbiətdə rast gəlinən ən  təhlükəli bitkilərdən biri   "burundanga" ağacıdırBelə ki, bu ağacın qurudulmuş meyvələrindən hazırlanan toz insanlarda psixoloji pozğunluqlara səbəb olur. Ona görə bitki haqqında hər kəsin məlumatlı olması daha yaxşı olar.

Ən çox  Cənubi Amerikanın şimalı - Kolumbiyada rast gəlinən bu bitkinin rəngli gözəl çiçəkləri olur. "Şeytan nəfəsiolaraq da adlandırılan ağacın ən təhlükəli hissəsi isə meyvələridir. Belə ki, meyvələri yığılır, qurudulur, toz formasına salınır əsasən mənfi məqsədlər üçün istifadə edilir. Bitkinin tozunu insanın üzünə üfürdükdə, o çox qısa müddətdən sonra ağlını itirir, etdiyi heç bir hərəkəti düşünmür. Hətta bu  azmış kimi  insanda zombiləşmə halları da meydana gələ bilir. Belə insanlar 2-3 saatlıq pis niyyətli insanların qurbanlarına çevrilir.

Artıq bu bitkidən bir sıra ölkələrdə cinəyatkarlardan hansısa bir məlumatı almaq üçün istifadə olunur. Onun böyük dozası insanı dərhal öldürür, az dozası isə ürəkbulanma, başgicəllənmə depressiya əleyhinə dərmanların hazırlanmasında istifadə edilir. Bütün bu halların səbəbi isə bitkinin tərkibində olan skopolamin alkaloididir.

 

Qorxduğumuz zaman baş verir?

Hər birimiz həyat boyu həm pozitiv, həm neqativ emosiyalar yaşayırıq. Ancaq ən güclü emosiya isə qorxudur. Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. Bəs görəsən qorxu zamanı nələr baş verir? Onunla necə mübarizə aparmaq olar?

Qorxu şüurumuza nüfuz edən kimi dərhal bütün digər emosiyaları sıxışdırıb çıxarır. Bu reaksiya şüuraltında möhkəm kök salmışdır. Təcrübələr göstərir ki, qorxduğumuz çox şey həyatımızda gerçəkləşir. Kiçik qorxu belə, hadisələr zəncirini dəyişməyə qadirdir. Qorxu hissi mərhəmət, məhəbbət bir neçə incə hissləri sıxışdırıb narahatlıq, təlaş, təşviş kimi hisslərə çevirir. Qorxu, hadisələri fərqli tərəfə yönəldən, güclü enerjiyə malikdir.

Tutaq ki, bir adam meşədə gəzir. Ətrafdakı valehedici gözəllikdən zövq alan adamın qəflətən qulağına bir səs gəlir. O anda insan hər şeyi unudur, diqqətini anlaşılmaz bir səsə cəmləyirBəlkə bəbirdir? beləliklə, gözəllikdən zövq aldığı zaman şüuraltı qorxu hissi keçirir. Bütün diqqətini keçirdiyi qorxu hissinə cəmləyib hisslər mübadiləsi yaşayır.

Əslində, hər şey çox sadədir. İncə hisslər mübadiləsinin əsas qanunu qorxunu yaradan hadisələrə güclü təsir edə bilməkdir. İndi biz elə bir dünyada yaşayırıq ki, hər dəqiqə həyatımız üçün mübarizə aparmağa ehtiyac yoxdur, ancaq nəzərə almalıyıq ki, keçirdiyimiz hisslər şüuraltında cəmlənir. Hansısa bir zaman kəsiyində mütləq özünü büruzə verəcək.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".