DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKİYƏNİN TERRORLA MÜBARİZƏSİ AVROPANIN DA XEYRİNƏDİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yayımlanan bir sıra televiziya kanallarının birgə yayımında jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin terrorla mübarizə məsələsinə diqqət çəkib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Türkiyənin sərhəd daxilində xaricində təhlükəsizliyi üçün apardığı mübarizə terror təşkilatlarını qorxudur. Terrorçular artıq başlarını qaldıra bilməyəcək onların təşkilatının nəfəs almasına imkan verməyəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Türkiyənin terrorla mübarizəsi Avropanın təhlükəsizliyinə xeyirdir.

Ərdoğan qeyd edib ki, İŞİD, PKK/YPG FETÖ kimi terror təşkilatları ilə ən səmərəli təsirli şəkildə mübarizə aparan yeganə NATO ölkəsi məhz Türkiyədir.

Bununla yanaşı, prezidentin açıqlamasına əsasən, son illər İraq Suriyada fəaliyyət göstərən PKK-nın müxtəlif səviyyəli bir sıra sözdə başçıları Milli Kəşfiyyat TəşkilatıMİTtərəfindən zərərsizləşdirilib, həmçinin FETÖ-nün bəzi xarici üzvləri Türkiyəyə gətirilib.

Eyni zamanda, Türkiyə lideri çıxışı zamanı bildirib ki, MİT aprelin 29-da Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD-in sözdə başçısı kod adıƏbu Hüseyn əl-Qureşiolan terrorçunu zərərsizləşdirib.

 

SUDANIN KEÇMİŞ BAŞ NAZİRİNDƏN MÜHARİBƏ XƏBƏRDARLIĞI

Sudan daxilindəki münaqişə vətəndaş müharibəsinə çevrilərsə vaxtından əvvəl dayandırılmasa, vəziyyət Suriya Liviyadakından da pis ola bilər. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Sudanın keçmiş baş naziri Abdullah Həmduq bildirib.

Siyasətçinin sözlərinə görə, mümkün vətəndaş müharibəsi dayandırılmasa, bu, dünya üçün çox ciddi problemə çevriləcək.

Sudanda münaqişə tərəfləri olan ordu qiyamçı qruplaşmanın hər biri həm yaxşı təlim keçmiş, həm təchiz edilmiş hərbçilərdən ibarətdir”, - deyə sabiq baş nazir əlavə edib.

Sudanın vətəndaş müharibəsi həddinə çatacağı təqdirdə durumun Suriya, Yəmən Liviyadan daha pis ola biləcəyini iddia edən Abdullah Həmduq heç kimin bu müharibədən qalib çıxa bilməyəcəyini diqqətə çatdırıb.

Eyni zamanda, Sudan Səhiyyə Nazirliyi aprelin ortalarından bəri ordu ilə Çevik Hərəkət Qüvvələri arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayının 528-ə, yaralı sayının isə 4599-a yüksəldiyini açıqlayıb.

 

UDAY KOTAK DOLLARI ƏN BÖYÜK MALİYYƏ TERRORÇUSU ADLANDIRIB

Asiyanın ən zəngin bankiri sayılan Uday Kotak dolları ən böyük maliyyə terrorçusu adlandırıb. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Dünyanın ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır. Təsəvvür edin, bütün pulumuznostrohesablardadır ABŞ-da kimsə deyə bilər ki, sabahdan onu çıxara bilməyəcəksiniz”, - deyə bankir bildirib.

Uday Kotak əlavə edib ki, dünya alternativ valyuta axtarır Hindistan rupini belə ehtiyat valyutaya çevirə bilər. O, Avropa ya Yaponiyanın öz valyuta ehtiyatları ilə bunu edəcəyinə şübhə ilə yanaşdığını bəyan edib.

Bundan əvvəlThe Economistjurnalı dolların qlobal iqtisadiyyata hələ təsir etdiyini, lakin yuanın gücləndiyini yazmışdı.

Məlumat üçün qeyd edək ki, zaman-zaman alternativ ehtiyat valyutaya tələbat yaranır bazar dolların qaçılmaz tənəzzülü ilə bağlı proqnozlarla dolur.

 

TÜRKİYƏNİNYENİ ALTAYTANKININ SINAQLARI BAŞLAYIB

Türkiyənin yerli istehsalı olanYeni Altaytankları sınaqlara hazırdır. “Reportagentliyinin verdiyi xəbərə görə, tank kütləvi istehsaldan öncə 6 min dəfə sınaqdan keçiriləcək.

Tankın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Onun kütləvi istehsalı isə uğurlu sınaqlardan asılıdır.

Verilən xəbərə əsasən, “Yeni Altaydavamlılıq təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 millimetr 55 kalibrli topla təchiz edilən müasir tankın atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi texnika azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

Eyni zamanda, “Yeni Altaynisbətən yüngül olması sayəsində yüksək hərəkətliliyə malikdir buna görə rəqiblərini geridə qoymağı bacarıb. “Yeni Altaykeyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınanLeopardtankları ilə müqayisə edilir.

 

COZEF BAYDENİN ÇİNƏ GÖRƏ UKRAYNAYA MARAĞI AZALIB

ABŞ prezidenti Cozef Baydenin administrasiyası getdikcə daha çox Çinlə mümkün münaqişəyə diqqət yetirir, Ukraynanı daha az müzakirə edir. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Amerikalı jurnalist Klayton MorrisinRedacted Newsteleproqramında məlumat yayıb.

Bildirilir ki, jurnalistPoliticonəşrinin məqaləsinə reaksiya verib. Həmin məqalədə qeyd olunub ki, Ev rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğundan sonrakı nəticələrindən narahatdır.

Amerikalıların burada işi bitdi. Ukrayna prezidenti Volodimir Zelenski ilə hər şey aydındır. Biz yeni səhifəyə başlayırıq diqqətimizi Çinə yönəldirik”, - deyə Klayton Morris vurğulayıb.

Eyni zamanda, jurnalist əlavə edib ki, Vaşinqtonun maraqlarının Pekinlə qarşıdurmaya doğru dəyişməsini ABŞ qoşunlarının Filippində keçirdiyi təlimləri misal göstərmək olar.

 

POLŞA RUSİYA İLƏ SƏRHƏDİN TƏHLÜKƏSİZLİYİNİ GÜCLƏNDİRƏCƏK

Rəsmi Varşava Kalininqrad vilayətində Polşa-Rusiya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirəcək. “Report”  agentliyinin verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Mateuş Moravetski bəyan edib.

Məlumata əsasən, baş nazir qeyd edib ki, Rusiya ilə bütün sərhəd zolağı boyunca müvafiq fiziki elektron təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Biz Polşanın şimalındakı Kalininqrad vilayəti ilə bütün Polşa-Rusiya sərhədi boyunca təhlükəsizliyi gücləndiririk. Biz bu təhlükəsizliyi təmin edirik onu Polşa-Belarus sərhədində olduğu kimi təmin edəcəyik”, - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, Polşa öz hava hücumundan müdafiə sisteminin yaradılmasında Ukraynanın təcrübəsindən istifadə edir.

 

ÖZ ÖLKƏLƏRİ ÜÇÜN BÜDCƏ NORMALARINI YÜNGÜLLƏŞDİRƏCƏK

Avropa İttifaqı () silah sursat istehsalına böyük sərmayələr yatıracaqları təqdirdə, büdcə kəsirini ÜDM-in 3 faizinə endirmək üçün ölkələrinə yeddi ilə qədər möhlət vermək istəyir. “Reportxəbər verir ki, bu barədə mənbələrə istinadənBloombergagentliyi məlumat yayıb.

Məlumata görə, bu üstünlüklər Avropa Komissiyasının (AK) -nin əsas iqtisadi sənədi - Sabitlik Artım Paktı ilə bağlı islahatlara dair təkliflər paketinin bir hissəsi olacaq. Paket ittifaq ölkələrinin büdcə kəsirinin ÜDM-in 3 faizindən, dövlət borcunun isə ÜDM-in 60 faizindən çox olmamasını nəzərdə tutur.

Pandemiya zamanı AK bu qaydalara olan tələbləri rəsmi olaraq dayandırmışdı. Tələblər indi əksər ölkələri tərəfindən pozulur ki, bu da, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə birlikdə 2022-ci ildə ittifaqda mütləq rekord inflyasiyaya səbəb olub.

Bununla yanaşı, hərbi xərclər, o cümlədən sursat mərmilər yaşıl enerjinin inkişafı ilə yanaşı, Avropa İttifaqının iqtisadi artımı üçün prioritet sahələrdən birinə dəstək kimi qiymətləndiriləcək. Bu sahələrə sərmayə qoyuluşu ölkələrə makroiqtisadi göstəricilərini İnkişaf Sabitliyi Paktı ilə uyğunlaşdırmaq üçün yeddi ilə qədər güzəşt müddəti verəcək.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.