Yaradıcılıq festivalı
Bölgələr

Yaradıcılıq festivalı

Şəki

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “STEAM” və “Peşə təmayüllü siniflər” layihəsi tədris edilən məktəblərin iştirakı ilə yaradıcılıq festivalı keçirilib. Festivalda şəhər icra hakimiyyətinin, regional təhsil idarəsinin rəhbərliyi, regionun peşə təhsil mərkəzinin və ümumtəhsil məktəblərindən 800-ə yaxın şagird, valideyn və müəllimlərin, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova regionda tətbiq olunan “STEAM” və “Peşə təmayüllü siniflər” layihələrinin uğurlarından danışıb, bu layihələrin şagirdlərin təhsilə olan marağını artırmaqla yanaşı, onların yaradıcılıq potensialını və peşə bacarıqlarını inkişaf etdirdiyini qeyd edib.

Festival iştirakçıları müxtəlif mövzularda yaradılmış əl işləri və məhsulları ilə tanış olublar. Bu stendlərdə şagirdlər öz layihələrini, innovativ ideyalarını və yaradıcı işlərini nümayiş etdiriblər.

Bədii hissədə şagirdlərin ifasında təqdim olunan konsert proqramı böyük maraq doğurub.

M.NƏRİMANOĞLU,

“Respublika”.