Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər
İdman

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

"Respublika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 44 yaşlı çalışdırıcı ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası olub.