“Cazın şahzadəsi” Əzizə Mustafazadə Antalyada səhnəyə çıxıb
Mədəniyyət

“Cazın şahzadəsi” Əzizə Mustafazadə Antalyada səhnəyə çıxıb

“Cazın şahzadəsi” kimi tanınan azərbaycanlı pianoçu, bəstəkar və müğənni Əzizə Mustafa Zadə Antalyada bu il yeddinci dəfə keçirilən Antalya Akra Caz Festivalında sənətsevərlərlə görüşüb.

"Respublika" "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, proqressiv və caz janrlarında əsərləri ilə dünya miqyasında tanınan, güclü səsi ilə diqqət çəkən pianoçu Əzizə Mustafazadəni basda Ralf Cetto, zərb alətlərində Simon Zimbardo müşayiət ediblər.
Mustafazadə öz bəstələri ilə yanaşı, atası ustad musiqiçi Vaqif Mustafazadənin əsərlərini də konsert repertuarına daxil edib.

Konsertdə səhnəyə çıxan pianoçunun oğlu Ramiz Xanın ifa etdiyi məşhur bəstələr tamaşaçılar tərəfindən bəyənilib. 

Arzu BAXŞIYEVA,

"Respublika".