Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.
Müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən ulu öndər Heydər Əliyev demişdir: "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir".