DÜNYA XƏBƏLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏLƏRİ

İRAN SURİYAYA HUMANİTAR YARDIM ADI ALTINDA SİLAH DAŞIYIB

İran Suriyada zəlzələdən zərərçəkənlərə humanitar yardım adı altında silah hərbi texnika çatdırmaq üçün yük təyyarələrindən istifadə edib. “Reportagentliyinin verdiyi xəbərə görə, “Röytersagentliyi bu barədə məlumatı Suriya, İran, İsrail Qərb mənbələrinə istinadən yayıb.

Bildirilir ki, 2023- il fevralın 6-7- Türkiyənin cənubunda Suriyanın şimalında onminlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yeddi həftə ərzində İrandan Suriyanın Hələb, Dəməşq Latakiya şəhərlərinin hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.

Məlumata əsasən, humanitar yüklərlə yanaşı İran bu uçuşlar vasitəsi ilə Suriyaya rabitə avadanlıqları, radarlar, hava hücumundan müdafiə sistemlərinin hissələrini daşıyıb.

Qeyd edək ki, “Röytersagentliyi Qərb ölkələrinin kəşfiyyat xidmətlərindəki, İran İsrail rəhbərliyinə yaxın mənbələrə, həmçinin ölkədən qaçan keçmiş suriyalı hərbçi   zabitə istinad edib.

 

ABŞ SƏUDİYYƏ ƏRƏBİSTANI REGİONAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİBLƏR

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Evin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, tərəflər telefon danışığı zamanı Yəməndə müharibəyə son qoymaq üçün davam edən diplomatik fəaliyyət daxil olmaqla bir sıra beynəlxalq regional məsələləri müzakirə ediblər.

Eyni zamanda, ABŞ prezidentinin köməkçisi son bir ildə Yəməndə əhəmiyyətli irəliləyiş olduğunu diqqətə çatdırıb. Onun fikrincə, BMT-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs şəraitində hərbi əməliyyatlar demək olar ki, dayanıb. Ceyk Sallivan həmçinin ABŞ-ın Ər-Riyadın müharibəyə son qoymaq səylərinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Bununla yanaşı, ABŞ rəsmisi vəliəhd şahzadə danışıqlar zamanı İran digər ölkələrdən gələn təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıblar. “Ceyk Sallivan ABŞ prezidenti Cozef Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün öhdəliyini bir daha təsdiqləyib”, - deyə açıqlamada bildirilir.

 

NATO QAPISINDA GÖZLƏYƏN İSVEÇİN MACARISTANA QƏZƏBİ

Finlandiyanın üzvlüyündən sonra hələ NATO qapısında gözləyən İsveç Macarıstana qəzəblidir. “Teleqraf.comun verdiyi xəbərə görə, Rusiya ilə yaxın münasibətləri İsveçin NATO-ya üzvlüklə bağlı mövqeyinə görə Macarıstan tez-tez Qərbin tənqid hədəfinə çevrilir.

Məlumata əsasənPoliticoqəzeti qeyd edib ki, Macarıstanın İsveçin NATO-ya üzvlüyünə mane olması Qərbi təəccübləndirir qəzəbləndirir. Nəşr Macarıstanın NATO-dakı müttəfiqlərini məyus etdiyini bildirib.

Aylarla davam edən gecikmələrdən sonra macar millət vəkilləri Finlandiyanın NATO üzvlüyünü Türkiyədən bir qədər əvvəl ratifikasiya etdilər. Bununla belə, ölkə İsveçlə bağlı qərarı gecikdirən Türkiyənın ardınca gedir. Rəsmilər ekspertlər pərdə arxasında Budapeştin bu addımının daxili siyasi hesablamalardan kənarda Ankara Moskva ilə əlaqələrə əsaslandığını deyirlər. Qərb müttəfiqləri Macarıstanın daim dəyişən ritorikasını başa düşməkdə çətinlik çəkirlər”, - deyə təhlildə bildirilir.

 

CƏNUBİ KOREYA ABŞ-a 500 MİN ARTİLLERİYA MƏRMİSİ VERƏCƏK

Cənubi Koreyanın ABŞ-a artilleriya mərmiləri verməsinə dair razılıq əldə olunub. “ReportagentliyininRöytersə istinadən verdiyi xəbərə görə, Vaşinqton Seuldan 500 min ədəd 155 millimetrlik artilleriya mərmisi alacaq.

Cənubi Koreyada çıxanDong-A Ilboqəzetinin yaydığı məlumata əsasən, bu da Vaşinqtona Ukraynaya döyüş sursatının tədarükündə daha çox çeviklik imkanı yarada bilər.

Həmçinin qəzet hökumətdəki adını açıqlamadığı mənbəyə istinadən yazıb ki, rəsmi Seul Ukraynadakı müharibədə Cənubi Koreya mərmilərinin istifadəsini minimuma endirmək üçün sursatları satmaq əvəzinə borc verməyi qərara alıb.

Rəsmi Seul Vaşinqton məsələ ilə bağlı danışıqlar apardıqlarını təsdiqləsələr , razılaşmanın yekunlaşdırılıb tədarük edilməsi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edilir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi müttəfiqlərin Ukraynanın azadlığını qorumaq, ona dəstək olmaq yollarını axtardıqlarını bildirsə , konkret müzakirələri təsdiqləməkdən imtina ediblər.

 

SƏLCUQ BAYRAKTAR: “TCG ANADOLUDÜNYANIN HƏRB TARİXİNDƏ İNQİLABDIR

TCG Anadoludesant gəmisinin ərsəyə gətirilməsi Türkiyənin milli müdafiə sənayesi üçün tarixi hadisədir”. “Reportun məlumatına görə, bunuBaykarşirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib.

Şirkət rəsmisi hesab edir ki, bundan sonra Türkiyənin dənizlərdəki əraziləri daha təhlükəsiz olacaq: “Bütün dünya PUA-larımızın müharibədəki rolunu gördü. PUA-larımız müharibə strategiyasını dəyişdi. “TCG Anadoluisə PUA-larımızı daha da güclü edəcək”.

Səlcuq BayraktarTCG Anadolunun fəaliyyətə başlamasını dünyanın hərb tarixində inqilab kimi qiymətləndirib.

Eyni zamanda, şirkət direktorunun fikrincə, Türkiyə istehsallıKızılelmaAkıncıPUA-ları bu günF-16”  qırıcı təyyarələri ilə müqayisə oluna biləcək gücdədir.

Xatırladaq ki, layihənin icrasına 2016- ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.

 

KREML: TAXIL SAZİŞİNİN YENİDƏN UZADILMASI PERSPEKTİVİ AZDIR

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin yenidən uzadılması ehtimalını şərh edərək qeyd edib ki, sazişin Rusiya ilə bağlı hissəsi işə yaramır, onun perspektivləri isə o qədər yaxşı deyil. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Sazişin ikinci yarısı hələ işləmir şərtlər yerinə yetirilmir. Bu baxımdan, təbii ki, mövcud vəziyyətə görə, perspektivlər o qədər ürəkaçan deyil”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Dmitri Peskov həmçinin əlavə edib ki, BMT taxıl sazişinin həyata keçirilməsi üçün müəyyən səylər göstərir, lakin təşkilat buna nail olmur.

Xatırladaq ki, ötən il İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT Türkiyə nümayəndələri imzalayıblar.

 

MYANMADA HƏRBÇİLƏR 100-ə YAXIN İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLUB

Myanma hərbçilərinin ölkənin şimalındakı bölgədə yerləşən bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub. “Trendagentliyinin məlumatına görə, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.

Bildirilir ki, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50- yaxın olduğu bildirilsə , sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara əsasən bu rəqəm 100-ə çatıb.

Myanma hərbçiləri üsyançı düşmənləri tərəfindən təşkil edilən kənd toplantısına ölümcül hücum həyata keçirdiklərini bildirib əlavə ediblər ki, mülki vətəndaşlar öldürülürsə, bu, onlarınterrorçularakömək etdikləri üçün baş verib.

Xəbərdə təyyarənin müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.