DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN MAKKARTİ DÖVLƏT BORCU İLƏ BAĞLI RAZILIĞA GƏLƏ BİLMƏYİBLƏR

ABŞ prezidenti Cozef Baydenlə dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı danışıqlar məhsuldar oldu, lakin hələlik razılaşma əldə edilmədi”. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu görüşdən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bəyan edib.

Spiker bildirib ki, razılıq əladə olunana qədər ABŞ prezidenti ilə hər gün danışmağa hazırdır. “Hər ikimiz bilirik ki, razılığa gəlməliyik. İnanıram ki, biz bunu bacaracağıq”, - deyə Kevin Makkarti əlavə edib.

Eyni zamanda, spiker vurğulayıb ki, o, Nümayəndələr Palatasına dövlət borcunun yuxarı həddinin artırılmasınıheç vaxttəklif etməyəcək onun fikrincə, qanunvericilərin federal xərclərinistiqamətini dəyişdirməsininvaxtı çatıb.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresin rəhbərliyinə ünvanladığı məktubda bildirib ki, Ev ABŞ Konqresi dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı razılığa gəlməsələr ölkədə iyunun 1- defolt elan edilə bilər.

 

İSRAİLİN MÜDAFİƏ NAZİRİ: İRAN TİCARƏT GƏMİLƏRİNİ SİLAHLANDIRIR

İran ticarət gəmilərini pilotsuz uçuş aparatları raket sistemləri ilə silahlandırır. “Reportagentliyinin xəbərinə əsasən, müvafiq açıqlamanı İsrailin müdafiə naziri Yoav Qallant Təl-Əviv yaxınlığındakı Herzliyada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı qeyd edib.

Nazir İranın ticarət gəmilərini pilotsuz uçuş aparatları raket sistemləri kimi hücum silahları, eləcə inkişaf etmiş kəşfiyyat məlumat toplama imkanları ilə təchiz edilmiş döyüş gəmilərinə çevirmək strategiyası barədə ətraflı məlumat verib.

Eyni zamanda, Yoav Qallant çıxışı zamanı altı İran gəmisinin şəkillərini göstərib bildirib ki, onlardan beşi terrorçuların üzən bazalarıdır.

Onlardan biri bu yaxınlarda Ədən körfəzinə doğru istiqamət alıb. Tehran uzun müddət İrandan uzaqda qala biləcək terrorçular üçün üzən bazalar tikir. Bu, İranın Fars körfəzi Ərəbistan dənizinə tətbiq etdiyi dəniz terrorizmi ilə birbaşa bağlıdır”, - deyə müdafiə naziri əlavə edib.

 

YAXIN GÜNLƏRDƏ TAXIL SÖVDƏLƏŞMƏSİ ÜZRƏ DANIŞIQLAR KEÇİRİLƏ BİLƏR

Yaxın günlərdə taxıl müqaviləsindəki problemli məsələlərlə bağlı Türkiyə, BMT, Rusiya Ukraynanın texniki nümayəndə heyətləri arasında onlayn formatda danışıqlar aparıla bilər. Bu barədəSputnikinformasiya agentliyi danışıqlarla tanış olan mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, BMT-nin baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak brifinq zamanı qeyd edib ki, gələn həftə Rusiya, Ukrayna, Türkiyə BMT-nin iştirakı ilə ərzaq sazişi üzrə görüşün keçrilməsi gözlənilir.

Yaxın günlərdə texniki nümayəndə heyətlərinin danışıqlarının davam edəcəyini gözləyirik. Onlar işlərini özlərinin hakim dairələrinə təqdim edəcəklər”, - deyən mənbənin açıqlamasında vurğulanır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22- imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

 

TÜRKİYƏTAYFUNRAKETİNİN NÖVBƏTİ SINAĞINI HƏyata KEÇİRİB

TürkiyəTayfunqısamənzilli raketinin ikinci sınağını həyata keçirib. “ReportagentliyininTRTtelekanalına istinadən verdiyi xəbərə görə, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub. Məlumata görə, sınaq uğurla həyata keçib.

Məlumata əsasən, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna Rusiyanın hava sərhədlərini pozması deməkdir.

Qeyd edək ki, “Tayfunun ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22- baş tutub. TürkiyəninRoketsanşirkəti tərəfindən hazırlanan raket 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə vurub.

Eyni zamanda, vurğulanır ki, sözügedən raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

 

ALMANİYA MACARISTAN XİN RƏHBƏRLƏRİ ARASINDA MÜBAHİSƏ DÜŞÜB

Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok Macarıstanın xarici işlər ticarət naziri Peter Siyarto arasında mübahisə baş verib. “Reportagentliyinin xəbərinə görə, bu barədəPoliticonəşrinin köşə yazarı Yakopo Barigatsi bildirib.

Bununla yanaşı, dörd diplomatdan əldə edilən məlumata əsasən, mayın 22- nazirlər MacarıstanınOTPbankının Ukraynadakı münaqişədəki rolu ilə bağlı mübahisə ediblər.

Nəşrin açıqlamasına əsasən, Burbok Siyartonu Avropa İttifaqından Ukraynaya əlavə hərbi yardımı təsdiqləməkdən imtina etdiyinə görə qınayıb.

Eyni zamanda, Alman diplomat MacarıstanınOTPbankı ilə bağlı bəzi məlumatlara istinad edərək Peter Siyartonu beynəlxalq hüququ pozmaqda ittiham edib.

 

BELQOROD VİLAYƏTİNDƏANTİTERROR ƏMƏLİYYATIDAVAM EDİR

Rusiyanın Belqorod vilayətinə  mayın 22- daxil olan silahlı qruplara qarşıantiterror əməliyyatıdavam edir. “Teleqraf.comun xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernatorun sözlərinə görə, hazırda sərhəddəki ərazilərdə əməliyyat aparılır: “Qrayvoronsk rayonundakı vəziyyətə gəlincə, Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələri ilə birlikdə ərazinin təmizlənməsini davam etdirir”.

Eyni zamanda, qubernator qeyd edib ki, “ukraynalı diversantların keçdikləri yaşayış məntəqələrində iki yaralı mülki şəxs var. Hələlik Rusiya təhlükəsizlik qüvvələri onları tapa bilmir.

Hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Dünən elan edilən antiterror əməliyyatının başa çatmasını gözləyirik”, - deyə Vyaçeslav Qladkov vurğulayıb.

Məlumat üçün qeyd edək ki, mayın 22-Rusiya Könüllülər Korpusunun döyüşçüləri Rusiya ərazisinə daxil olublar. Bundan sonra Belqorod vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

TOGGun İLK İXRAC EDİLƏCƏYİ ÖLKƏLƏR MƏLUM OLUB

Türkiyənin tam yerli istehsaldan ibarət olan elektrikli avtomobiliTOGGun ilk ixracatı 2024- ildə Skandinaviya ölkələrinə ediləcək. “Trendagentliyinin məlumatına görə, bu barədəTOGGşirkətinin baş direktoru Gürcan Karakaş jurnalistlərə açıqlamasında bəyan edib.

Eyni zamanda, şirkət direktorunun məlumatına əsasən, 2024- ilə qədərTOGGsedanının hazırlanması gözlənilir.

Türkiyədə beş təcrübə, səkkiz mobil təcrübə mərkəzimiz 27 xidmət nöqtəmiz var. Bu ilin sonuna qədər 650- yaxın enerji doldurma stansiyasının tikintisini tamamlayacağıq”, - deyə Gürcan Karakaş vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olanTOGG” 100 faiz Türkiyə tərəfindən layihələndirilib bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Xatırladaq ki, “TOGGun elektrik krossover SUV C seqmentinin elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.