DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN GƏLƏCƏK DÖVR ÜÇÜN PRİORİTETLƏRİ AÇIQLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət İnkişaf Partiyasının seçki platforması millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində çıxışı zamanı ölkəsinin gələcəyi üçün prioritetləri açıqlayıb. Bu barədəReportagentliyi məlumat yayıb. Dövlət başçısı deyib: “Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq dağılmış şəhərlərimizi bərpa etməkdir”. Türkiyə liderinin sözlərinə görə, vətəndaşlarının can mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: “Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

Bununa yanaşı, Ərdoğan qeyd edib ki, Türkiyə gələcək dövrdə terrorla mübarizəni davam etdirəcək. “Hüquqi dövlət sistemimizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıqƏhalimizin yoxsullaşmasının qarşısını alacağıq. Turizm sahəsinə əlavə investisiya ayıracağıq”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, Türkiyə prezidenti yenidən dövlət başçısı seçiləcəyi təqdirdə hazırkı siyasi kursu davam etdirəcəklərini bəyan edib.

 

BENYAMİN NETANYAHU UKRAYNAYA SİLAH VERİLMƏSİNİ TƏKZİB EDİB

İsrail Ukraynaya yalnız humanitar yardım edir, rəsmi Kiyevə silah tədarükü ilə bağlı heç bir qərar qəbul edilməyib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib. Bildirilir ki, Pentaqonun məxfi sənədləri internetə sızdıqdan sonra Netanyahu jurnalistlərin suallarını cavablandırmalı olub. Sosial mediada yayılan məxfi sənədlərdən birində İsrailin Ukraynaya silah ötürə biləcəyi barədə məlumatlar yer alır. “Ukrayna üçün ölümcül silahlarla bağlı xəbərlərə gəlincə, bu xəbərlərin nəyə əsaslandığını bilmirəm. Biz onlara humanitar məsələlərdə mülki müdafiə sahəsində kömək etmək qərarına gəlmişik”, - deyə İsrailin baş naziri vurğulayıb. Eyni zamanda, Benyamin Netanyahu əlavə edib ki, onun əvvəlki hökumətlərin Ukraynaya öldürücü silahların tədarükü ilə bağlı hər hansı qərarı barədə eşitməyib.

 

PENTAQONUN SƏNƏDLƏRİNİN MEDİAYA SIZMASI FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

ABŞ-ın Ədliyyə Nazirliyi Pentaqonun onlarca məxfi sənədinin sosial mediaya sızdırılması faktı ilə bağlı cinayət işi açıb. Bu barədəReportagentliyiFinancial Timesnəşrinə istinadən xəbər verib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib ki, Müdafiə Nazirliyi sosial mediada yayılan fotoları çəkilən çox məxfi materialları araşdırmaq qiymətləndirməkdə davam edir. Eyni zamanda, Sabrina Sinqh əlavə edib ki, Pentaqon sənədlərin ABŞ-ın milli təhlükəsizliyinə, eləcə müttəfiqlərinə tərəfdaşlarına təsirini qiymətləndirmək üçün idarələrarası təşkil edib.

Nəşr qeyd edib ki, sosial şəbəkələrə sızan sənədlər brifinq slaydlarını ehtiva edir bəziləri Pentaqonun Birgə Qərargahı tərəfindən xüsusi hazırlanmış, digərləri isə digər milli təhlükəsizlik rəsmiləri üçün gündəlik brifinqlərə daxil edilən kəşfiyyat məhsulları kimi görünür.

Sənədlərdə Ukraynadakı müharibədən əlavə Çin, İran, Cənubi Koreya İsrailin adı çəkilir. Sənədlər həm Ukrayna, həm Rusiya üçün vacib məsələlərə işarə edir hər iki ölkənin qoşunların hazırlanması təchiz edilməsində çətinliklərlə üzləşdiyini göstərir.

 

KAMÇATKA VULKANININ KÜLÜ 500 KİLOMETR MƏSAFƏYƏ YAYILIB

Rusiyanın Kamçatka yarımadasındakı ən böyük ən aktiv vulkanlardan biri olan Şiveluçun püskürməsi ciddi fəsadlara səbəb olub. “Teleqraf.comun xəbərinə görə, vulkandan çıxan kül buludu 500 kilometr şimal-qərbə yayılıb kül emissiyasının hündürlüyü 20 kilometr yüksəkliyə qalxıb. Eyni zamanda, püskürmənin təyyarələrin uçuşuna təsiri səbəbindən, bölgədəqırmızı təhlükəsiqnalı verilib. Hazırda kül buludunun ölçüsü böyüməyə davam edir.

Rusiya mətbuatının məlumatına əsasən, yaxınlıqdakı Klyuçi kəndinə kül yağışı son 60 ilin ən güclüsü olub. Bu səbəbdən yerli adiministrasiya məktəbləri bağlayıb sakinlərə evlərini tərk etməməyi tövsiyə edib.

Məlumat üçün qeyd edək ki, Şiveluç   Kamçatkadakı ən böyük ən aktiv vulkanlardan biri sayılır. Sonuncu dəfə bu vulkanın 2007-ci ildə püskürdüyü bildirilir.

 

DONALD TRAMP ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ANONSUNU VERDİ

Cozef Baydenin rəhbərlik etdiyi Evin siyasəti tezliklə ABŞ-ı Üçüncü Dünya müharibəsinə aparacaq”. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb. “ABŞ-ın getdiyi yol, bizi tezliklə Üçüncü Dünya Müharibəsinə sürükləyəcək bizi silah-sursatsız qoyacaq”, - deyə ölkənin keçmiş lideri qeyd edib. Donald Tramp həmçinin bildirib ki, ABŞ-ın hər hansı problemini həll etmək üçünBaydendən qurtulmaqlazımdır. Xatırladaq ki, bir neçə gün öncə Donald TrampTruth Socialsosial şəbəkəsindəki hesabında demək istədiyini açıqlamadanÜçüncü Dünya Müharibəsinistatusu paylaşmışdı.

Eyni zamanda, D.Tramp qlobal müharibənin başlaması təhlükəsi səbəbindən Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə qarşı çıxdığını bəyan etmişdi.

 

ANKARA ƏR-RİYAD ARASINDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Ər-Riyadda Səudiyyə Ərəbistanı Türkiyə xarici işlər nazirlikləri arasında uzun illər ərzində siyasi məsləhətləşmələrin ilk raundu keçirilib. Bu barədə Səudiyyə ƏrəbistanınınSPAxəbər agentliyi məlumat yayıb. Bununla yanaşı, Türkiyənin Səudiyyə Ərəbistanı, Yəmən Küveytlə siyasi məsləhətləşmələr aparacağı bildirilib. Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Krallığın xarici işlər nazirinin müavini Valid Əl-Hereycinin dəvəti ilə Ər-Riyada səfər edib. Məlumata əsasən, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edərək iki ölkə hökumətləri arasında siyasi məsləhətləşmələrin birinci raundunu keçiriblər.

Tərəflər həmçinin səylərin artırılması ikitərəfli koordinasiya məsələlərini müzakirə ediblər. Mövcud beynəlxalq vəziyyət, regional beynəlxalq arenada əsas çağırışlar böhranlar müzakirə mövzusu olub. Həmçinin görüş zamanı müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib”, - deyə açıqlamada vurğulanıb.

 

İTALİYADA MİQRANTLARA GÖRƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

İtaliya hökuməti miqrant axını onları qəbul edərkən yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib. “Reportagentliyinin məlumatına görəölkənin mülki müdafiə dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurasının iclasında 6 ay müddətinə 5 milyon avronun ayrılmasını nəzərdə tutan müvafiq qərar qəbul edilib.

Verilən xəbərə görə, belə bir addım Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının artması ilə əlaqədar təcili tədbirlərin görülməsi zərurəti ilə diktə olunur. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ilin əvvəlindən dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə dörd dəfə çoxdur.

Bildirilir ki, təkcə aprelin 7-dən 10-dək olan müddətdə Aralıq dənizində Kalabriya Siciliya sahillərində aparılan əməliyyatlar zamanı 3 minə yaxın insan qurtarılıb.

Hazırkı İtaliya hökuməti qarşısına birinci növbədə qanunsuz daşımaların qarşısının alınması vasitəsilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə vəzifəsi qoyub. Bundan əlavə, rəsmi Roma miqrantların çıxdığı ölkələrlə işləmək niyyətindədir həmçinin Avropa İttifaqından konkret cavablar gözləyir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.