DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-nun BAŞ KATİBİNDƏN ÇİNƏ XƏBƏRDARLIQ

Çin Ukraynaya qarşı müharibədə kömək üçün Rusiyaya silah tədarükünə başlayarsa, böyük səhv etmiş olacaq”. “Reportagenliyinin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bəyan edib.

Baş katibin sözlərinə görə, NATO xarici işlər nazirlərinin növbəti görüşündə Rusiya Çin arasında artan yaxınlaşmanın müzakirəsi planlaşdırılır. “Rusiya Çinin beynəlxalq nizama demokratik dəyərlərə meydan oxuduğu bir vaxtda həmrəy olmağımız vacibdir”, - deyə Stoltenberq əlavə edib.

Xatırladaq ki, daha öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin Rusiyaya silah ötürməyəcəyinə dair vəd verdiyini bildirmişdi.

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müzakirələrdə iştirak edir. Aprelin 4-5- isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.

 

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN BƏŞƏR ƏSƏDƏ GÖZLƏNİLMƏZ TƏKLİF

Səudiyyə Ərəbistanı may ayında Ər-Riyadın ev sahibliyi edəcəyi Ərəb  Dövlətləri Liqasının sammitinə Suriya prezidenti Bəşər Əsədi dəvət etməyi planlaşdırır. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədəRöytersagentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, səfər reallaşarsa, bu, Dəməşqə Əsəd rejiminə qarşı regional təcridin rəsmən sona çatması demək olacaq.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Fərhan Al Saudun Suriya prezidenti Bəşər Əsədə mayın 19-da keçirilməsi planlaşdırılan sammitlə bağlı rəsmi dəvətnamə təqdim etmək üçün yaxın həftələrdə Dəməşqə gedəcəyi bildirilir.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı hökuməti hər iki ölkənin xarici işlər nazirlikləri iddiaya münasibət bildirməyib.

Qeyd edək ki, Bəşər Əsədin Ərəb Dövlətləri Liqasının sammitində iştirakı Suriyanın 2011-ci ildə təşkilatdan çıxarılmasından sonra ərəb dünyasında reputasiyasını bərpa etməsi baxımından ən mühüm gəlişmə kimi qiymətləndirilir.

 

G7” ÖLKƏLƏRİ İSTİXANA QAZLARI İLƏ BAĞLI ÇAĞIRIŞ EDƏCƏKLƏR

G7” ölkələrinin energetika ətraf mühit nazirlərinin birgə bəyanatı beynəlxalq birliyi orta temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün karbon dioksid emissiyalarını azaltmağa davam etməyə çağıracaq. “Trendagentliyinin məlumatına görə, bu barədəNikkeiqəzeti xəbər verib.

Bildirilir ki, birgə bəyanat layihəsinə görə, “G7” nazirləri orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq üçün 2035-ci ilə qədər istixana qazları tullantılarının azaldılması fikrini dəstəkləyəcəklər. Nazirlərin görüşü aprelin 15-16-da Yaponiyanın Sapporo şəhərində keçiriləcək.

Xatırladaq ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üçün Paris sazişi imzalanıb. Saziş çərçivəsində iştirakçı ölkələr orta temperaturun artımını 1,5 ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.

 

25 MİN İNSANIN HƏYATINA SON QOYMUŞ VULKAN YENİDƏN FƏALLAŞIB

Alimlər Kolumbiyanın Nevado del Ruiz vulkanında baş verən aktivliyə görə partlayış riskinə qarşı xəbərdarlıq ediblər. “Teleqraf.comun verdiyi xəbərə görə, Kolumbiya Geoloji Xidmətinin açıqlamasında vulkanda təkcə aprelin 2- 9600 təkanın qeydə alındığı bildirilib.

Bununla yanaşı, ekspertlər aidiyyəti qurumlardan mümkün partlayış riskinə qarşınarıncı siqnala keçməyi tələb ediblər. Geoloji Xidmət püskürmə baş verəcəyi təqdirdə, vulkanik reaksiyanın şiddətli olacağını da açıqlayıb.

Məlumata əsasən, sözügedən vulkanik fəaliyyət davam edərsə, ölkədə uçuşların dayandırılacağını xatırladan qurum paytaxt Boqota da daxil olmaqla bir çox bölgənin təsirlənəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, 1985-ci il noyabrın 13- Nevado del Ruiz vulkanında püskürmə nəticəsində əmələ gələn lava nəticəsində 25 min insan həyatını itirmişdi. “Armerofaciəsi adlandırılan təbii fəlakət səbəbiylə bu gün bölgədə narahatlığın hökm sürdüyü vurğulanır.

 

MONTENEQRO PREZİDENTİ SEÇKİLƏRDƏ TƏSADÜFİ NAMİZƏDƏ MƏĞLUB OLUB

Monteneqroda prezidentlik uğrunda mübarizədə məğlubiyyətini etiraf edən hazırkı dövlət başçısı Milo Cukanoviçin ölkədəki otuz illik hakimiyyət dövrü başa çatıb. “Reportagentliyinin verdiyi xəbərə görə, 1991-ci ildən ölkəyə rəhbərlik edən Milo Cukanoviç siyasi karyerasında ilk dəfə seçkilərdə şəxsi məğlubiyyətə uğrayıb. O, təsadüfi namizədə - cəmi üç il əvvəl siyasətə qədəm qoyan iqtisadçı Yakov Milatoviçə uduzub.

Eyni zamanda, müşahidəçilərin fikrincə, Zdravko Krivokapiç hökumətində keçmiş iqtisadi inkişaf naziri, “Avropa indihərəkatının nümayəndəsi Yakov Milatoviç Monteneqroda keçirilən prezident seçkilərində səslərin təxminən 60 faizini, Milo Cukanoviç isə 40 faizini qazanıb. Bildirilir ki, Y.Milatoviçin qələbəsi ölkənin qərbyönlü xarici siyasətinə təsir etməyəcək.

Qeyd edək ki, Yakov Milatoviç təsadüf nəticəsində partiyasının prezidentliyə namizədi olub. İlkin olaraq onun partiya yoldaşı, əvvəllər maliyyə sosial inkişaf naziri postunu tutmuş Miloiko Spajiç prezidentliyə namizəd kimi irəli sürülüb. Lakin seçki komissiyası onun namizədliyini qəbul etməyib, belə ki, məlum olub ki, Spajiç Monteneqrodan başqa, ölkə qanunvericiliyilə qadağan edilən Serbiya vətəndaşlığına malikdir.

 

İRAN REJİMİNDƏN QADINLARLA BAĞLI ABSURD QƏRAR

İranda ali orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən qadın tələbələr təhsil ala bilməyəcək. “Teleqraf.comun xəbərinə görə, ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma Texnologiya Nazirliyi Milli Təhsil Nazirliyi mövzu ilə bağlı ayrı-ayrılıqda açıqlama yayıb.

Məlumata əsasən, hər iki nazirliyin açıqlamasındaörtünmə qanununa əməl etməyən tələbələrin təhsildən yararlana bilməyəcəkləri bildirilib.

Xatırladaq ki, ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əminiəxlaq polisitərəfindən öldürüldükdən sonra ölkə boyu dini rejimə qarşı etirazlar başlayıb. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib.

Etirazlardan sonra ölkədə bəzi qadınların küçələrdə yerlərində hicabsız gəzdiyi görünərkən, son zamanlar bu durumdan narahat olan mövcud rejim qadınlara qarşı total repressiyalara başlayıb.

 

ÇİN YAPONİYANIN XİN BAŞÇILARI SON ÜÇ İLDƏ İLK DƏFƏ GÖRÜŞÜBLƏR

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi son üç ildə ilk dəfə çinli həmkarı Tsin Qanla görüşüb. “Reportun verdiyi xəbərə görə, bu barədəRöytersagentliyi məlumat yayıb.

Yosimasa Hayaşi bu yaxınlarda Çində Yaponiya vətəndaşının həbs edilməsi ilə bağlı etirazını bildirib qeyd edib ki, həmin şəxs dərhal azad edilməlidir. Lakin çinli nazir cavabında məhkəmənin işə qanun çərçivəsində baxacağını diqqətə çatdırıb.

Eyni zamanda, Yaponiya XİN-in məlumatına görə, indiyədək Çində beş yapon vətəndaşı saxlanılıb, onlardan ikisi artıq təqsirli bilinərək mühakimə olunub.

Bununla yanaşı, Yaponiya tərəfi Çinin hərbi fəallığının artmasından, o cümlədən Rusiya ilə əməkdaşlıq Şərqi Çin dənizində varlığından narahatlığını ifadə edib.

Çinin xarici işlər naziri Yaponiyanı Tayvan məsələsinə qarışmamağa ya heç bir şəkildə ölkənin suverenliyinə xələl gətirməməyə çağıraraq, Tayvanın rəsmi Pekinin maraqlarının əsasını təşkil etdiyini vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.