Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünya miqyasında rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik.

 

 Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi xidmətlər əvəzsizdir. Onun yaratdığı ictimai-siyasi sabitlik, sosial bərabərlik və demokratik dövlətçilik respublikanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün zəmin olmuşdur. Heydər Əliyevin şəxsiyyəti ölkədə həyata keçirilən islahatların alternativsizliyinə zəmanət olmuşdur və çoxsaylı tanınmış xarici sərmayədarların Azərbaycana gəlməsi də buna dəlalət edir. Memarı məhz Heydər Əliyev olan neft strategiyası hələ uzun illər boyu indiki və gələcək nəslin rifahına xidmət edəcəkdir.

 Haşim COCOHADİKUSUMO,

Kanadanın "Nəşnl Enerji" şirkətinin

sabiq prezidenti.

 

Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu və mötəbər bir səviyyəyə çatdıran böyük dövlət adamı, Azərbaycanın Atatürkü Prezident Heydər Əliyevin dünya və Azərbaycan tarixindəki yerini və gördüyü böyük işləri heç birimiz unutmayacağıq.

Müzəffər KOŞAN,

Kocaeli şəhərindəki Gənc Sənayeçi və İş Adamları Dərnəyinin sabiq sədri.

 

Heydər Əlirza oğlu Əliyev bir neçə onilliklər ərzində çoxmillətli Sovet İttifaqının tarixində parlaq iz qoymuş, beynəlxalq məsələlərdə fəal iştirak etmişdir. Uzun illər öz xalqına sədaqətlə xidmət etmiş, Azərbaycanın sabit şəraitdə dinamik inkişafının və tərəqqisinin təminatçısı olmuşdur.        

Pavel ROMANENKO,

Ulyanovsk şəhərinin sabiq meri.

 

Prezident Heydər Əliyev Azərbaycanda baş verən inkişaf proseslərində olduqca vacib rol oynamış görkəmli dövlət xadimi və ŞƏXSİYYƏT idi. Azərbaycanın müasir tarixinin ən böhranlı dövründə onun liderliyi xalqına sülh və sabitlik gətirdi. Onun Azərbaycanın mövqeyini beynəlxalq səhnədə möhkəmləndirmək və Azərbaycanla Dünya Bankı arasında əlaqələri gücləndirmək sahəsindəki səylərinin təsiri uzun müddət davam edəcəkdir.

Şigeo KATSU,

Dünya Bankının sabiq vitse-prezidenti.

 

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin sabitliyinin və iqtisadi inkişafının təminatına verdiyi çox böyük töhfə, haqlı olaraq, geniş miqyasda etiraf edilmişdir.

Ria KEMPER,

Hökumətlərarası Enerji Xartiyası Katibliyinin

sabiq baş katibi.

 

 

Azərbaycanın iqtisadiyyatda və mənəvi həyatda əldə etdiyi nailiyyətlər, ölkənin öz tarixinin dönüş mərhələsində dirçəlişi və inkişafı, beynəlxalq birlikdə dövlətin nüfuzunun artması Heydər Əlirza oğlunun adı ilə sıx bağlıdır.

Heydər Əlirza oğlu Müstəqil Dövlətlər Birliyinin qardaş ölkələri və xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, qədim Qafqaz torpağında sülhün və mehriban qonşuluq əlaqələrinin yaranmasına misilsiz töhfə vermişdir.

V.P.ŞERBAKOV,

Rusiya Həmkarlar İttifaqları Konfeder

asiyasının sabiq sədri.

 

Heydər Əliyev həyatını dövlətinə və xalqına xidmətə həsr etmiş, görkəmli ictimai və siyasi xadim kimi şöhrət qazanmış bır insan idi. Onun adı təkcə Azərbaycan xalqının qəlbində deyil, həm də bütün bəşəriyyətin tarixində əbədi qalacaqdır.

İoan Pop de POPA,

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin

sabiq baş katibi.

 

Mübaliğəsiz demək olar ki, Heydər Əlirza oğlu müstəqil Gürcüstan dövlətinin təşəkkülü və inkişafı işinə də xüsusi töhfə vermişdir. Onun böyük xidməti bir də ondan ibarətdir ki, son on ildə xalqlarımız arasında tamamilə nadir qarşılıqlı münasibətlər yaranmışdır.

Vaja LORDKİPANİDZE.

Gürcüstan Xristian-Demokratik İttifaqının

sabiq sədri.

 

Heydər Əlirza oğlunun fəaliyyətinin başlıca yekunlarından biri Azərbaycanın nüfuzunun artması, beynəlxalq aləmdə onun rolunun yüksəlməsi, ölkələr və insanlar arasında əməkdaşlıq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsidir.

Boris TİTOV,

"İnterximprom" maliyyə-sənaye korporasiyasının sabiq prezidenti.

 

Biz fəxr edirik ki, Heydər Əliyev sarsıntılar və ağır sınaqlar dövründə öz xalqı ilə birlikdə olmuşdur. O, Cənubi Qafqazda müharibəni dayandırdı və bununla da minlərlə öz həmvətəninin həyatını qoruyub saxladı. Heydər Əliyevin azad Vətənimiz qarşısında xidmətləri böyükdür. Onlardan başlıcası Azərbaycanın müstəqilliyi, ölkənin daxilində sabitlik, dövlətin beynəlxalq aləmdə nüfuzudur.

Tamara VOLKOVA,

Ümumrusiya Azərbaycan Konqresinin Primorye

diyar regional şöbəsinin sabiq təmsilçisi.