MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ" KİTABI

Güney Azərbaycan milli-elmi və ədəbi şəxsiyyətləri

Xalqımızın fikir, düşüncə, mübarizə tarixində elə şəxsiyyətlər olmuşdur ki, sağlığında həqiqi qiymətlərini almamış, əksinə, millət yolunda fədakarlıqları çox vaxt onları yurdlarından didərgin salmış, olmazın məşəqqətlər, həbslər, sürgünlərlə üz-üzə qoymuşdur. XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor Məhəmmədtağı Zehtabinin də sağlığında şəxsiyyəti və yaradıcılığı ictimaiyyət tərəfındən gərəyincə öyrənilməmişdir. İstər şah rejimi dövründə, istərsə də sonrakı İran mühitində Azərbaycan dilinə, tarixinə, etnik mənsubiyyətinə, coğrafi, siyasi mövqeyinə şovinist baxışları rədd edən M.Zehtabi bir çox elmi, publisistik əsərlər yazmış, xalqının istək və arzularını əsərlərində əks etdirməyə çalışmışdır.

Yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

M.Zehtabi, uzun illərin elmi araşdırmalarını ciddi təhlil və nəzəri əsaslarla zənginləşdirərək ömrünün qürub çağında bütün elmi, ədəbi axtarışlarının, səfər və təəssüratlarının yekunu kimi 880 səhifəlik "İran türklərinin əski tarixi" adlı fundamental əsərini yaymışdır.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların on qəbiləsi ilk dəfə Miladdan 900 il əvvəl İran yaylasına gəlmiş, Elam şahzadələrinin hakimiyyəti altında olan Kirman əyalətində yurd salıb yaşamışlar. Lakin bu ərazilərdə türklərin 3500 il əvvəl məskunlaşdığı qeyd olunur. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Kitabda, həmçinin yerüstü abidələrimizin ən qədim xəritəsi çəkilir, Hind-Avropa xalqlarının bu insan məskəninə axınına kimi qurulan dövlətlərin və mədəniyyətlərin etnik, dil və kök baxımından türklərə aid olduğu sübut edilir.

Professor M.Zehtabinin uzun illərin gərgin axtarışları, davamlı müqayisə, şərhlər, faktların sintezi və analizi hesabına gəldiyi nəticə "İran türklərinin əski tarixi" əsərində belə ümumiləşdirilir: "Arazın şimalında və cənubundakı qədim Azərbaycan torpaqları türk etnosların əski dil, mədəniyyət, məişət mərkəzləri - Vətənləri olmuşdur".

Mövzunun aktuallığını nəzərə alaraq kitabı cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1 və 2 fevral tarixli saylarımızda)

Atropat əhəməniləri II Dara dövründən Qərbi Midiyanın Satrapı və hətta dini rəhbəri idi. İsgəndərin hücumlarında yalnız eradan əvvəl 331-ci ildə baş vermiş hadisələrdə Atropatın adı çəkilmişdi. İsos müharibəsində farsların ordularının mühüm hissəsini midiyalılar təskil edirdilərsə də, bu ordulara Atropatın basçılıq etdiyi məlum deyildi. İsos müharibəsindən sonra İsgəndər Suriya, Fələstin, Finikiya və Misiri işğal etməyə başladı. Bu zaman Dara böyük ordu topladı, lakin bu ordu İsgəndərin olduğu yerə getmədi və Dəclə-Fərat çaylarının şərqində qalıb İsgəndəri gözlədilər. Aralıq dənizi sahillərini tabe edib arxayın olduqdan sonra İsgəndər Dəclə-Fərat çaylarını keçərək Dara ilə görüşə gəldi. Eradan əvvəl 331-ci il oktyabr ayının əvvəlində Dəclənin şərqində yerləşən Gaelgamel məntəqəsində Dara ilə görüşdü. Bu həlledici müharibədə Atropat Midiya ordularına basçılıq edirdi. Bu döyüşdə Midiya ordularının tərkibində kadusilər, albanlar və sakasenlər də Midiya orduları ilə çiyin-çiyinə İsgəndərə qarşı döyüşdülər. Döyüşdə kadusilər sol və midiyalılar sağ qanadı işğal etmişdilər. Bu döyüsdə sakalardan da on min nəfər atlı istirak edirdi. Həmin müharibədə Atropatın orduları sırasında bügünkü Azərbaycan - həm Şimali, həm də Cənubi Azərbaycanın müxtəlif elləri istirak edirdi.

Midiya iki hissəyə bölündü. Onun bir hissəsini böyük Midiya adlandırırdılar ki, onun baş kəndi Böyük Ekbatan şəhəri idi.

İkinci hissə Midiya Atropatın idi. Bu ölkə öz adını o kamandanın adından almışdır ki, bu diyarın böyük Midiya kimi makedoniyalılara tabe olmasının qarşısını aldı. Özünü təntənə ilə şah elan edən Atropat əslində öz tədbir və işbilməsi ilə bu ölkəni müstəqil etdi. İndi də o diyarın şahlığı onun nəslindən olan bir nəfərin əlindədir. Atropatın nəslindən olanlar erməni və seryani şahları və sonralar part şahları ilə ailəvi qohumluq yaratdılar. Bu ölkə döyüş qüvvəsi baxımından kifayət qədər böyükdür. Belə ki, Ayolloyndın dediyinə görə, döyüş üçün on min atlı və altmış min piyada əsgər hazırlamaq bacarığı vardı. Həqiqət belədir ki, atropatlıların güclü qoşunları var idi. Ermənilər və partlar tez-tez onların ölkələrinə hücum edirdilər. Lakin onlar müqavimət göstərib, öz toraqlarını geri alırdılar.

Yuxarıda göstərdiyimiz xalqlardan Şimali Azərbaycandan olanlar Xəzər sahilləri boyu yerlərdə yaşayır və əhəmənilər dövrü bir növ müstəqil olaraq Midiya satraplığına tabe olardılar. Herodot bu xalqları massaget adlandırmışdır.

Bu müharibədən əvvəl kəşfiyyat işləri aparmaq üçün Dara bir qrup atlı göndərmisdi. Atropat bu atlıların komandanı idi.

Gaevgamel müharibəsi Dara və əhəmənilərin müqəddəratını tamamilə həll etdi. Müharibə Dara və farsların tam məğlubiyyəti ilə qurtardı. Farsların hakimiyyətinə son qoyuldu. Şübhəsiz, bu müharibəyə qədər Atropat çoxlu işlər görmüş, məsuliyyətlər daşımış, vəzifələrdə və yerlərdə olmuşdur. Lakin bu müharibədən sonra Atropat əhəməni orduları və ümumiyyətlə farslardan tamamilə ayrılıb uzaqlasmış, müstəqil hərəkət emiş, farsların xeyrinə və yunanların əleyhinə heç bir iş görməmişdir.

Gaevgamel müharibəsində tamamilə məğlub olan Dara Həmədana qaçır və yenidən ordu toplamaq istəyir. Lakin satrapların heç biri ona itaət etmir. Elə bu zaman farsların mühüm mərkəzləri və strateji yerləri Babil, Elam və Parsı tutan İsgəndər Midiya torpaqlarına doğru hücuma başlayır. Dara kadusilər və iskitlərin yardımından naümid olub, Həmədandan şərqə doğru qaçır. Yolda Baxtərin (Baktiriya) satrapı Bes onu şahlıqdan uzaqlaşdırıb. Az sonra III Dara eradan əvvəl 330-cu ildə öldürülür.

Yunan ordularının İsgəndərdən sonra ən böyük başçısı Parmenyon İsgəndərin əmri ilə fars xəzinələrindən ələ keçirmiş sərvəti Həmədana gətirdi. Həmədan İsgəndərin qarşısında heç bir müqavimət göstərmədi. İsgəndər Həmədanda olanda orada Midiya imperatorluğunu əhəmənlilərin qarət və talanından qurtarıb qalmış qiymətli əşyaların hamısını qarət edib apardı. İsgəndər Midiya diyarını Asiyanın ən varlı ölkəsi bilirdi. Buna görə də əvvəldən oranın sərvətinə göz dikmisdi. Daha sonralar İsgəndər Filotası məhkum etdikdə ordusuna xitabən demişdi: Asiyanın ən sərvətli ölkəsi olan Midiyanı bizim minlərcə müttəfiqimizi və vətəndaşımızı onun (Filotasın atası Parmenyon) əmri altında qərar verdik...

Doğrudur ki, burada İsgəndərin məqsədi böyük Midiya idi. Lakin hər halda kiçik Midiya da onun bir hissəsi idi.

Həmədandan midiyalıların İsgəndərə qarşı müqavimət göstərməmələri nəticəsində Atropat İsgəndərə qarşı döyüşmür. Hətta tarix göstərir ki, İsgəndər Həmədanda olarkən Atropat onunla heç görüşməmisdi. Parmenyon Həmədandan sonra şimala doğru gedir. Və orada Xəzərin cənub sahilləri ilə Fərqanə və Parfiya ölkələrinə hərəkət edir. Bu zamanlar Parmenyon yunan ordularının cəhbə arxası və onun yollarını qorumağı ona tapşırdı.

İsgəndərin özü isə Daranı izləyərək Parfiyaya tərəf hərəkət etdi. Yolu üzərində İsgəndər Rəğə (bugünkü Rey) şəhərində Oksodat adlı şəxsi hansı ki, illərcə Daranın qaranlıq zindanında qalmışdı, Midiyanın satrafı təyin etdi. Bununla bərabər, yenə də Midiya torpaqlarında əsas məsul sərkərdə Parmenyon idi. Bu zaman Parmenyonun oğlu Filotas İsgəndəri məhv etmək üçün qurulmuş sui-qəsddə iştirak etdiyinə görə öldürüldü. Şübhələnmiş İsgəndər az sonra Parmenyonu da Həmədanda öldürtdü və onun Midiya torpaqlarındakı vəzifəsini üç nəfər ordu komandanına tapşırdı. Bu üç nəfər Kleandr, Mənid və Sitalkdan ibarət idi. Bu üç sərkərdə böyük Midiya torpaqlarına rəhbərlik edir və kiçik Midiya torpaqları onların hakimiyyətindən kənarda idi.

Buraya qədər Atropatla İsgəndərin birbaşa görüşündən heç bir xəbər yoxdur.

(davamı növbəti saylarımızda)