SAKİNLƏRİN MÜRACİƏTLƏRİNƏ HƏSSASLIQLA YANAŞILIR
Region

SAKİNLƏRİN MÜRACİƏTLƏRİNƏ HƏSSASLIQLA YANAŞILIR

Rayon rəhbəri Əhəd Abıyev Quşçu kəndində sakinləri salamladıqdan sonra bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən də Tədbirlər Planı təsdiq edilərək rayon ərazisində icrasına başlanılmışdır.

Sonra rayon rəhbəri vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ölkəmizi daha böyük qələbələrə aparacaq və respublikamızın gələcək inkişafına öz layiqli töhfəsini verəcəkdir. İcra hakimiyyətinin başçısı, həmçinin Quşçu kənd sakinləri ilə əvvəlki illərdə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, ötən dövrlərdə Quşçu kəndində tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı təmir edilmiş, kəndə gələn mərkəzi yol asfaltlanmış, əhalinin içməli su və elektrik enerjisi ilə fasiləsiz təminatı sahəsində problemlər aradan qaldırılmışdır.

Şəhid ailələrinin üzvləri və qazilər dövlət tərəfindən onlara verilən dəyəri yüksək qiymətləndirərək, ölkə rəhbərinə dərin təşəkkürlərini ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".