Cümhuriyyət günü ilə bağlı tədbir
Region

Cümhuriyyət günü ilə bağlı tədbir

 Heydər Əliyev Mərkəzində “28 May Müstəqillik günü: Azərbaycan Xalq Cümhuriyyətinə Heydər Əliyevin verdiyi tarixi siyasi qiymət” adlı tədbir  keçirilib. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mustafayev, rayonun idarə, təşkilat nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edənlər 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk demokratik cümhuriyyət olduğunu, qısa müddət mövcud olduğuna baxmayaraq, demokratik dövlət quruculuğu, müstəqillik yolunda mühüm addımlar atdığını və həmçinin xalqımızın tarixində mühüm rol oynadığını qeyd etdilər.

Ulu Öndər Heydər Əliyevin fenomen siyasi bacarığı və qətiyyəti ilə bərqərar olan Müstəqil Azərbaycan cənab Prezident İlham Əliyevin yüksək sərkərdəlik bacarığı sayəsində 2020-ci ildə 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız düşmən tapdağından azad olundu və ərazi bütövlüyümüz bərpa edildi.Tədbirdə yaxın keçmişə qısa ekskurs olunub müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlər barədə fikirlər söylənilib.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründən bəhs edən sənədli film nümayiş olundu.

Tofiq HÜSEYN,

“Respublika”.