Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Digər xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Avropa İttifaqı arasındakı müxtəlif səviyyəli əlaqələrdən bəhs olunub.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC