Ermənistanın Arazdəyəndə zavod tikmək cəhdi də uğursuzluqla nəticələndi
Digər xəbərlər

Ermənistanın Arazdəyəndə zavod tikmək cəhdi də uğursuzluqla nəticələndi

Tarix boyu erməni xainliyinin şahidi olmuşuq. Düzdür, bu tarix elə də qədim zamanlara gedib çıxmır. Çünki ermənilər Azərbaycan ərazilərinə, istər Qərbi Azərbaycan olsun, istərsə də Qarabağ bölgəsinə son bir neçə əsrdə gəliblər və əcdadları Hindistan qaraçılarının adətlərinə sadiq qalıblar. Sırtıqlıq, xainlik, biclik, satqınlıq ermənilərin milli xüsusiyyətləridir. Azərbaycanın ən gözəl, səfalı bölgələrində özlərinə yer edən haylar həmin əraziləri mənimsəyib, özlərininkiləşdirməyi də müəyyən qədər bacarıblar. Ötən əsrin sonlarında Qərbi Azərbaycandan yerli azərbaycanlıları didərgin salıblar. 30 il Qarabağ torpaqlarını işğal altında saxlayıb, bölgəni tamamilə xarabazara çeviriblər. İşğal etdikləri ərazilərdə bu millətin yalnız bir işi olub, talançılıq. Qarabağ bölgəsinin bütün yeraltı, yerüstü təbii sərvətlərini mənimsəyərək təbiətə ciddi zərbə vurublar. Axar sularımızı, çaylarımızı təhlükəli kimyəvi maddələrlə zəhərləyiblər.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək torpaqlarını işğaldan azad etdi. Lakin Ermənistanın xain əməlləri bu gün də davam edir. Belə ki, bir müddət əvvəl Ermənistanın Naxçıvanla sərhəddə, tarixi Azərbaycan torpağı olan Arazdəyəndə metallurgiya zavodu tikməsi xəbəri yayıldı. Ermənistan Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etmək istəyirdi. Həmin ərazidə belə bir zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Əlbəttə ki, bu zavodun tikintisi Azərbaycanın haqlı etirazına səbəb oldu. Mütəxəssislər də qeyd edirlər ki, müvafiq beynəlxalq konvensiyanın şərtlərinə görə, hər bir dövlətin ərazisində planlaşdırdığı iri təsərrüfatın digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Hər iki ölkə həmin Konvensiyanın tərəfləri olsalar da, Ermənistan məsələ ilə bağlı Azərbaycanı məlumatlandırmayıb.

Ermənistanın zavod tikmək planı heç də təsadüfən bu əraziyə salınmayıb. Qonşu dövlət hələ də içindəki düşmənçilik hissindən, xain, xəbis məqsədlərindən xilas ola bilmir. Onlar məqsədli şəkildə məhz Azərbaycanla sərhəd ərazini seçiblər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Üstəlik, Araz və Arpaçayını da Qərbi Zəngəzurdakı mis-molibden mədənlərinin zəhərlədiyi Oxçuçayın taleyi gözləyirdi. Eyni zamanda, atmosferə atılan zəhərli tullantılar regiona qarşı səssiz soyqırıma səbəb olacaqdı.

Ermənistanın bu ərazidə zavod tikməsi ideyası təkcə iqtisadi məsələ deyildi. Onlar zavod tikmək üçün başqa ərazi seçə bilərdilər. Lakin Arazdəyən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olduğu üçün bu kəndin böyük strateji əhəmiyyəti var. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyəndən keçir. Ermənistan burada bu layihəni reallaşdırmaqla, həm də gələcəkdə ərazidən keçəcək nəqliyyat dəhlizlərinə mane olmağa çalışırdı. Hələ aylar öncə Azərbaycan dövləti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edərək beynəlxalq təşkilatlara müraciət etdi. Zavodun gələcəkdə regionda böyük ekoloji fəlakətlərə səbəb olacağı barədə əsaslandırılmış faktlarla çıxış etdi.

 Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin Azərbaycan tərəfinə Ermənistandan layihə ilə bağlı heç bir bildiriş təqdim edilməmişdi. Bu səbəbdən də, Azərbaycan Hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edərək Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlamışdı. Eyni zamanda Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanmışdı. Bu, beynəlxalq hüququn tələbləridir. Hamıya məlumdur ki, Ermənistandakı Qacaran mis-molibden və Qafan filiz emalı zavodları tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması Azərbaycanın içməli su mənbələrini çirkləndirməklə yanaşı, həm çay faunasını, ekosistemini məhv edir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəli vəziyyət yaradır.

Qarşı tərəf hələ ki, məsələ ilə bağlı açıqlama vermir. Lakin faktlar sübut edir ki, Ermənistan Azərbaycanın iradəsi və tələbləri qarşısında aciz qaldı. Beləliklə ölkəmizin haqlı tələbi və beynəlxalq ictimai qınaq nəticəsində daha bir ekoloji fəlakətin qarşısı alındı.

Ramidə YAQUBQIZI,

"Respublika".