Yinqfenq Ji: Qarabağda həyata keçirilən yeni infrastruktur layihələrinin sürətinə və miqyasına heyran qaldım
MÜSAHİBƏLƏR

Yinqfenq Ji: Qarabağda həyata keçirilən yeni infrastruktur layihələrinin sürətinə və miqyasına heyran qaldım

Qarabağda həyata keçirilən yeni infrastruktur layihələrinin sürətinə və miqyasına heyran qaldım. Eyni zamanda, bu yaxınlarda başa çatmış layihələr olduqca maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kembric Universitetinin elmlər doktoru Yinqfenq Ji söyləyib.

Qarabağ bölgəsinə, Şuşaya ilk dəfədir səyahət etdiyini bildirən Yinqfenq Ji deyib: "Füzuli Beynəlxalq Hava Limanının, eləcə də aeroportdan Şuşa şəhərinə gedən avtomobil yolunun tikinti prosesinin sürəti heyrətamizdir. Müharibənin bitməsindən az müddət keçməsinə baxmayaraq, yenidənqurma işləri sürətlə davam edir".

AZƏRTAC