BMT-nin müstəqil eksperti: Burada törədilmiş hadisələr vəhşilikdir, müharibə cinayətidir
MÜSAHİBƏLƏR

BMT-nin müstəqil eksperti: Burada törədilmiş hadisələr vəhşilikdir, müharibə cinayətidir

Mən 30 il BMT-də müxtəlif komitələrdə fəaliyyət göstərmişəm. Müharibələrin baş verdiyi bir çox yerlərdə olmuşam. Hazırda BMT-nin müstəqil eksperti kimi fəaliyyət göstərirəm. Mən Ağdamı bu halda görəcəyimi gözləmirdim. Lakin buraya gəldikdə böyük təəssüf hissi keçirdim.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdama səfər edən BMT-nin müstəqil eksperti Afərin Şəridzadə deyib.

O bildirib ki, ermənilərin törətdiyi bu cinayət əməlləri qəbul edilməzdir: "Mən dediyim kimi, müharibələrin baş verdiyi bir çox ölkədə olmuşam. Buranı orada baş verən vəhşiliklərlə müqayisə edirəm. Sadəcə, dəhşətlidir... 30 il ərzində bu torpaqlar işğal altında olub. Burada törədilmiş hadisələr vəhşilikdir, müharibə cinayətidir və burada heç bir insan hüquqlarından söhbət gedə bilməz".

AZƏRTAC